SON XƏBƏRLƏR

Bayden Avropa liderləri ilə İranın nüvə proqramını müzakirə edəcək-Ceyk Sallivan

2021.10.29, 09:59
Bayden Avropa liderləri ilə İranın nüvə proqramını müzakirə edəcək-Ceyk Sallivan

Gunaz.tv

 Ceyk Sallivan dövlət başçısının avropalı tərəfdaşları ilə İranla imzalanmış nüvə razılaşmasının canlandırılması üçün Vyanada aparılan danışıqlar barədə müzakirə aparacağını bildirib.

Sallivan deyib ki, Bayden üç Avropa ölkəsinin rəhbərləri ilə keçirəcəyi görüşdə Vyanada İranla aparılan nüvə danışıqlarında birgə mövqedən müzakirələrə qatılmaları barədə söhbət aparacaq.


“İranlıların danışıqlara qayıdıb-qayıtmayacaqları hələlik şəxsən mənə tam bəlli deyil. Biz onların danışıqlara hazırlaşması barədə müsbət sinqnallar aqlmışıq.

Lakin hesab edirəm ki, biz onların həqiqətən də danışıqlar masasının arxasına nə vaxt qayıdıb-qayıtmayacaqlarını və ya bu addımı knkret nə vaxt atacaqlarını gözləməliyik. 


Biz, xoş niyyətlə Vyana danılşıqlarına və nüvə razılaşması ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklərə sadiq qalmağa hazırıq. Ümid edirəm ki, onlar da belə rəftar edəcəklər”, -deyə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar