SON XƏBƏRLƏR

Ceyk Sallivan: “ABŞ-ın İranla bağlı təcili prioritet məsələsi nüvə sanksiyalarına qayıtmaqdır”

2021.11.02, 12:23
Ceyk Sallivan: “ABŞ-ın İranla bağlı təcili prioritet məsələsi nüvə sanksiyalarına qayıtmaqdır”

Gunaz.tv

İranın Vyana danışıqlarından boyun qaçırmasına toxunan Sallivan deyib ki, Amerika Birləşmiş Ştatlarının prioritet məsələsi, 2015-ci ildə imzalanmış nüvə sazişi əsasında İranın nüvə fəaliyyətlərinə qoyulan məhdudiyyətlər və sanksiyaların icrasına qayıtmaqdır.


“Bizim məsələyə yanaşmamız belədir ki, tərəflər qarşılıqlı olaraq nüvə razılaşmasına qayıtmalı, onun şərtlərinə riayət etməlidirlər. 


Lakin hesab edirik ki, təcili prioritet məsələsi İranın nüvə fəaliyyətlərinə qoyulan məhdudiyyətləri qaytarmaqdır. Çünki biz bu məhdudiyyətləri qaytaranda daha üstün bir mövqedə qərarlaşır, İranın nigaranlığımıza səbəb olan digər regional fəaliyyətlərinin, o cümlədən də onun raket proqramına nəzarəti gücləndirə bilərik. 


Düşünürəm ki, biz İranın digər fəaliyyətləri, o cümlədən də onun əlində olan bir sıra təhdid elementləri ilə bağlı dərin nigaranlığımızı aradan qaldırmağa davam etməliyik. Bu isə gələcəkdə etmək istədiyimiz işdir”-deyə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar