SON XƏBƏRLƏR

Ceyk Sallivan: “İranla diplomatiya məğlubiyyətə uğrayacağı təqdirdə Bayden yeni yolları sınayacaq”

2021.10.20, 07:36
Ceyk Sallivan: “İranla diplomatiya məğlubiyyətə uğrayacağı təqdirdə Bayden yeni yolları sınayacaq”

Gunaz.tv

O deyib ki, ABŞ prezidenti Co Bayden hökuməti İranın nüvə silahına yiyələnməyəcəyindən əmin olmaq və İsrailin təhlükəsizliyinin qorunacağı barədə üzərinə öhdəlik götürüb.


“Bayden hökuməti hesab edir ki, İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün ən yaxşı seçim diplomatiya və danışıqlardır.

 
Lakin ABŞ prezidenti bunu da əlavə edib ki, əgər diplomatiya nəticə verməsə və məğlubiyyətə uğrasa, o zaman,  Amerika Birləşmiş Ştatları digər seçimlərə üz tutmağa və digər yolları sınamağa hazırdır”, -deyə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan dünən Vaşinqtonda israilli həmkarı Eyal Hulata ilə görüşündə bəyan edib.


Bildirilir ki, son vaxtlar İsrailin Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsinə təyin edilən Eyal Hulata bundan əvvəl İsrail kəşfiyyatı “Mossad”ın yüksək vəzifələri başçılarından olub və İranın nüvə proqramının qarşısını almaq zəminində fəaliyyət aparıb. 

Hulata İsrail Milli Təhlükəsizlik Şurasının sədri təyin edilib

İsrail Milli Təhlükəsizlik Şurasının sədri Eyal Hulata


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar