SON XƏBƏRLƏR

Leyla Abdullayeva Fransaya səfir göndərildi

2022.10.17, 12:09
Leyla Abdullayeva Fransaya səfir göndərildi

Gunaz.tv

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, hələ bir neçə ay əvvəl Modern.az L.Abdullayevanın Fransada diplomatik fəaliyyətə başlayacağı ilə bağlı məlumat vermişdi.

Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 

2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub.

Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib.

XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini  vəzifəsində çalışıb. 

Yeni təyinatdan əvvəl XİN-in Mətbuat xidmətinin rəhbəri olub.

Ailəlidir, iki övladı var.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar