SON XƏBƏRLƏR

Teymur Musayev səhiyyə naziri təyin edilib- Prezident İlham Əliyev sərəncam imzalayıb

2022.01.19, 11:56
Teymur Musayev səhiyyə naziri təyin edilib- Prezident İlham Əliyev sərəncam imzalayıb

Gunaz.tv

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdən indiyədək o, səhiyyə nazirinin vəzifələrini icra edirdi.

Prezident İlham Əliyev digər sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, İ.Gülməmmədova 2015-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı idi.
Prezidentin digər sərəncamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. (report.az)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar