SON XƏBƏRLƏR

Beynəlxalq Şəffaflıq Təşkilatının yeni hesabatında İran dünyanın ən korrupsiyalaşmış ölkələri sırasındadır

2022.01.26, 12:20
Beynəlxalq Şəffaflıq Təşkilatının yeni hesabatında İran dünyanın ən korrupsiyalaşmış ölkələri sırasındadır

Gunaz.tv

Təşkilatın yaydığı son illik hesabatında bildirib ki, İran korrupsiyanın həcmi və miqyasına görə dünyanın 180 ölkəsi arasında 150-ci yeri tutur.

Hesabata görə, dünyanın yalnız bir neçə qeyri-Afrika ölkəsi, yəni Şimali Koreya, Venesuella, Türkmənistan, İraq, Əfqanıstan, Suriya, Livan və Yəmən korrupsiyaya görə İrandan daha pis vəziyyətdədir.
İranın korrupsiyanın miqyası və həcminə görə Qvatemala, Qvineya və Tacikistanla bərabər olduğu bildirilir.

Beynəlxalq Şəffaflıq Təşkilatı Korrupsiya indeksi baxımından bu ölkələrə sıfırdan 100-ə qədər bal verir və ən yüksək xal toplamış ölkələrdə demək olar ki. şəffaflıq baxımından vəziyyət başqalarından yaxşıdır.

İran İslam Respublikasının isə həmin hesabatda 25 balı var, bu isə onun dünyanın ən korrupsiyalaşmış ölkələri sırasında yer aldığını göstərir. 

Hesabat həmçinin korrupsiya ilə insan haqlarının pozulması ilə demokratiya arasında birbaşa əlaqə olduğu qeyd edilir və demokratiyaya və insan haqlarına riayət olunmasının qlobal korrupsiya ilə bağlı vəziyyətin yaxşılaşmasına gətirib çıxaracağını bildirir.

Hesabatda daha sonra Danimarka, Finlandiya, Yeni Zelandiya, Norveç, Sinqapur, İsveç və İsveçrə kimi ölkələrin korrupsiya indeksinə görə yüksək nəticə əldə etdiyi vurğulanır və bildirilir ki, demokratiya səviyyəsi yüksək olan ölkələrdə korrupsiya ilə mübarizədə daha uğurlu nəticələr əldə edilib.

Bildirilir ki, korrupsiyanın geniş yayılması baxımından Cənubi Sudan, Suriya, Somali, Venesuela, Yəmən və Şimali Koreya ən pis ölkələr sırasında yer alır.

Turks in Iran lash out at state TV for insulting poet Fuzuli | Daily Sabah

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar