SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı: "Beynəlxalq ictimaiyyət İranda qan tökülməsinə son qoymaq üçün hərəkətə keçməlidir"

2022.08.03, 10:05
Beynəlxalq Əfv Təşkilatı: "Beynəlxalq ictimaiyyət İranda qan tökülməsinə son qoymaq üçün hərəkətə keçməlidir"

Gunaz.tv

Qurum beynəlxalq ictimaiyyəti bu ölkədə repressiyalarda ölən və yaralananların sayının həyəcanverici dərəcədə yüksək olmasına reaksiya göstərməyə, onlara qarşı mübarizə aparmağa, bu yöndə öz məsuliyyətlərini yerinə yetirməyə çağırıb.

“Beynəlxalq ictimaiyyət 2022-ci ilin may və iyun aylarında İranın cənub-qərbində etirazçılara qarşı təhlükəsizlik qüvvələrinin mütləq cəzasız qalaraq törətdiyi zorakılıq əməllərinə görə İran hakimiyyətindən cavab tələb etməlidir”-deyə, avqustun 3-də yayılan bəyanatda bildirilib.

Beynəlxalq Əfv Təşkilatı İran hakimiyyət orqanları tərəfindən silahlı qüvvələrdən qeyri-qanuni istifadəni araşdırmaq üçün çoxlu sayda video görüntüləri, rəsmi bəyanatları və hökumətə bağlı media xəbərlərini nəzərdən keçirib və təhlil etdiyini, bu etirazlar zamanı zərər çəkmiş şəxslər və qruplarla təmasda olan hüquq müdafiəçiləri və jurnalistlərlə danışıldığını bildirib.

Beynəlxalq Əfv Təşkilatının qeyd etdiyi etirazlar 2022-ci il mayın sonlarında Xuzistanın bir sıra şəhərlərində çörəyin, onun və ərzaq məhsullarının qiymətlərinin dəfələrlə bahalaşmasından sonra başlayıb və başqa əyalətlərə yayılıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar