SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı: "Dünya İranda etirazların qəddarcasına yatırılmasına dərhal reaksiya verməlidir"

2022.09.22, 06:31
Beynəlxalq Əfv Təşkilatı: "Dünya İranda etirazların qəddarcasına yatırılmasına dərhal reaksiya verməlidir"

Gunaz.tv

"Ölkələrini Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təmsil edən liderlər müstəqil istintaq və beynəlxalq hesabatlılıq mexanizminin yaradılmasını dəstəkləməlidirlər ki, İran öz hərəkətlərinin cəza və nəticələrindən xilas ola bilməsin"-deyə, beynəlxalq təşkilatın bəyanatında bildirilib.

Bəyanatda Məhsa Əmininin ölümü ilə bağlı İran xalqlarının qəzəb və həmrəyliyi beynəlxalq ictimaiyyət tərəfindən konkret addımlarla dəstəklənməlidir.

Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Diana Əl Təhavi İranda son etirazların qəddarlıqla yatırılmasının İbrahim Rəisinin BMT-də çıxışı zamanı həyata keçirildiyini deyib.

Xanım Əl-Tahavi əlavə edib ki, Rəisinin insanlığa qarşı cinayətlərdə əli olduğuna dair etibarlı sübutlara baxmayaraq, ona beynəlxalq səhnədə tribuna verilib.

O, bu hərəkətin İran hökumətinin törətdiyi cəzalar qarşısında toxunulmaz olduğu fikrinin formalaşdırılmasına, rejimin özünü amanda hiss etməsinə səbəb olduğunu söyləyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar