SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranla bağlı yeni bəyanat yayıb

2022.05.04, 09:32
Beynəlxalq Əfv Təşkilatı İranla bağlı yeni bəyanat yayıb

Gunaz.tv

Təşkilat məsələyə  aydınlıq gətirilməsini, siyasi fəalın azadlığa buraxılmasını tələb edib.

Qeyd edək ki, İbrahim Babayi 2021-ci il dekabrın sonlarında İrandan çıxmaq istərkən Qərbi Azərbaycan əyalətinin Makı şəhərində yoxa çıxıb.

Onun Belçikada yaşayan və İnsan haqları müdafiəçisi olan qızı Şima Babayi qaçaqmalçıların ona atasının Makıda öldüyü barədə məlumat verdiyini bildirib.

Lakin o, bildirib ki, bu xəbər təsdiqini tapmadığı üçün İbrahim Babayinin təhlükəsizlik məmurları tərəfindən oğurlandığına inanırlar.

İbrahim Babayi siyasi və ictimai fəaliyyətlərinə görə dəfələrlə təqiblərə məruz qalıb və həbs olunub. 

Onun yoxa çıxmasından bu günə kimi çox saylı müraciətlərə baxmayaraq İran hökumətinin məsələyə aydınlıq gətirmir və hər hansı açıqlama verməkdən imtina edir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar