SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İran zindanlarında məhkumların bədən əzalarının kəsilməsi ilə bağlı xəbərdarlıq edib

2022.06.11, 05:50
Beynəlxalq Əfv Təşkilatı İran zindanlarında məhkumların bədən əzalarının kəsilməsi ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

Təşkilat beynəlxalq ictimaiyyəti İran məhkəmə sistemi tərəfindən çıxarılan hökmləri dayandırmaq üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıb. 

Xəbərdarlıq bəyanatında hal-hazırda tehranın “Fəaşfuyə” zindanına köçürülən 8 məhkumun oğurluq ittihamı ilə əllərinin kəsilmə təhlükəsi ilə üz-üzə qaldıqları bildirilib.

Qeyd edək ki, Tehranın Evin zindanında məhkumların bədən əzalarını kəsmək üçün yeni cəza bölməsi yaradılıb və ora gilyotin quraşdırılıb.

Evin zindanından yenicə buraxılmış sabiq siyasi məhbus Arəş Sadiqi özünün tvitter hesabında etdiyi paylaşımda bu barədə məlumat verib.

Onun sözlərinə görə, məhkumların bədən əzalarını kəsmək üçün zindanda yeni bölmə yaradılıb və mayın 31-də bir məhkumun dörd barmağı kəsilib.

Bununla yanaşı Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərinin zindanında 3 məhkum bədən əzalarının kəsilməsi üçün Evin zindanına köçürülüb. 

Bəyannamədə məhkumlara qarşı işgəncə, qeyri-insani davranış, bədən əzalarının kəsilməsi və təhqir qadağan edilib.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar