SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranda 26 etirazçının edam təhlükəsi ilə üz-üzə olduqlarını deyir

2022.12.17, 13:31
Beynəlxalq Əfv Təşkilatı İranda 26 etirazçının edam təhlükəsi ilə üz-üzə olduqlarını deyir

Gunaz.tv

Axar.az xəbər verir ki, bəyanatda 11 nəfər barədə edam hökmünün çıxarıldığı, daha 15 nəfərə qarşı isə edamla nəticələnə biləcək ittiham irəli sürüldüyü bildirilib.

Beynəlxalq Əfv Təşkilatı bu insanların ədalətli məhkəmə prosesindən, o cümlədən adekvat müdafiə və seçdikləri vəkillərlə görüşmək hüququndan, təqsirsizlik prinsipindən və ədalətli məhkəmə araşdırmasından məhrum edildiyini vurğulayıb.

beynəlxalq Əfv Təşkilatı ən azı 10 nəfərin, o cümlədən Tumac Salehi və Məhəmməd Qubadlının işgəncələrə məruz qalıdığını və məcburi etiraflar alındığını qeyd edib.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı bundan əvvəl də oxşar bəyanat yayaraq bütün dünya xalqlarından İranın Brüsseldə yerləşən Avropa Birliyindəki səfirliyinə məktub yazaraq edam hökmlərinin ləğv edilməsini tələb etələrini istəmişdi.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar