SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı: "İranda  gənc və yeniyetmələr qorxulu işgəncələrə məruz qalıblar"

2023.03.16, 13:29
Beynəlxalq Əfv Təşkilatı: "İranda  gənc və yeniyetmələr qorxulu işgəncələrə məruz qalıblar"

Gunaz.tv

"İran hökuməti etirazları yatırmaq və narazıları susdurmaq üçün gənc və yeniyetmələrə qarşı dəhşətli işgəncə növlərinə, hətta cinsi zorakılığa əl atıb"-hesabatda belə deyilir.

"Uşaqlara və yeniyetmələrə qarşı bu cür zorakılığın tətbiqi İranda gəncləri sıxışdırmaq və bu ölkədə azadlıq və insan haqları tələbinin qarşısını almaq üçün qəsdən həyata keçirilən strategiyadır”,- qeyd edilib.

Beynəlxalq Əfv Təşkilatının Almaniya üzrə nümayəndəsi və İran məsələləri üzrə eksperti Diter Karq, bütün ölkələri, o cümlədən Almaniyanı İran hakimiyyətini bu cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün ciddi tədbirlər görməyə çağırıb. (Axar.az)

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar