SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı hesabat yaydı

2022.04.21, 08:39
Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı hesabat yaydı

Gunaz.tv

Təşkilatın məlumatına görə, Urmu zindanından sonra Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin mərkəzi zindanı 15 məhbus ölümü ilə ikinci yerdə dayanır.

Bununla yanaşı təşkilat son illər İranın 18 əyalətində yerləşən 18 həbsxanada 96 məhkumun dünyasını dəyişdiyini qeyd edib.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

"İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb"-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar