SON XƏBƏRLƏR

"İranda baş verənlər sistemli qətllərə, ayrı-seçkilik yaradan qanunlara üsyandır"- Beynəlxalq Əfv Təşkilatı

2022.09.29, 07:11
"İranda baş verənlər sistemli qətllərə, ayrı-seçkilik yaradan qanunlara üsyandır"- Beynəlxalq Əfv Təşkilatı

Gunaz.tv

İranda internet və mobil rabitənin qəsdən kəsildiyini vurğulayan Agnes Kallama amansız repressiyaların getdikcə artmasını pisləyib.

“Biz İranın hər yerində təhlükəsizlik qüvvələrinə qarşı cəsarətlə dayanan insanların görüntülərini, saçlarını kəsən və yaylıqlarını yandıran qadınların şəkillərini görürük",- deyə, Kallamar bildirib.

İndiyədək İranda keçirilən etiraz aksiyalarında onlarla insanın, o cümlədən uşaqların öldürüldüyünü, yüzlərlə insanın yaralandığını deyən Kallamar Beynəlxalq dəstək üçün ümidsizcəsinə fəryad edən cəsur İran xalqının səsini göz ardı etməməyi tələb edib.

Xanım Kalamar bütün İranı ayağa qaldıran görünməmiş etiraz aksiyaları ayrı-seçkilik yaradan qanunlarla, müxalifətin onilliklər boyu sıxışdırılması ilə izah edib.

O, bu aksiyaları həm də həbsxana divarları arxasında sistemli qanunsuz qətllərə qarşı etiraz hərəkatı hesab edib.

Beynəlxalq Əfv Təşkilatının kaş katibi bütün dünya xalqlarını bu təşkilatın petisiyasını imzalamağı və öz rəhbərlərindən qətiyyətli addım atmağı tələb etməyə çağırıb.

O əlavə edib ki, BMT-nin İnsan Haqları Şurası İran hakimiyyəti tərəfindən törədilən ən ağır beynəlxalq cinayətlərə görə müstəqil araşdırma və cavabdehlik mexanizmi yaratmalıdır.

Beynəlxalq Əfv Təşkilatı təhlükəsizlik qüvvələri tərəfindən onlarla kişi, qadın və uşağın öldürülməsini sənədləşdirib və faktiki ölənlərin sayının daha çox olduğuna inanır, qurbanların müəyyən edilməsi üçün səylərini davam etdirir.

Təşkilat həmçinin İranda hakimiyyət orqanları tərəfindən jurnalistlərin, siyasi fəalların, hüquqşünasların və hüquq müdafiəçilərinin, qadın haqları fəallarının və məzlum etnik azlıqların geniş şəkildə həbs edilməsini araşdırır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar