SON XƏBƏRLƏR

Beynəlxalq təşkilatlardan Belçikaya tələb: "İranla məhbus mübadiləsi razılaşması ləğv olunsun"

2022.07.13, 09:13
Beynəlxalq təşkilatlardan Belçikaya tələb: "İranla məhbus mübadiləsi razılaşması ləğv olunsun"

Gunaz.tv

Bu barədə Belçikanın “Demourexen” qəzeti xəbər verib.

Qəzetin yazdığına görə, bu razılşama İranda Əhmədrza Cəlali və Olivye Fandekastil kimi məhbusların azadlığa buraxılmasına şərait yarada bilər.

Lakin başqa tərəfdən Belçikada terrorizmdə ittiham olunan iranlıların azadlığa buraxılmasına səbəb ola bilər.

Belçika Parlamentinə edilən xəbərdarlıqda bildirirlir ki, bu razılaşmanın təsdiqlənməsi İranın girov götürmə cəhdlərini qanuniləşdirir.

Bəyanat müəllifləri Belçika dövlətini İran hakimiyyətinin insan həyatından həyasızcasına alət kimi istifadəsinə şərait yaratmamağa çağırıb.

Sənədi imzalayanlar Belçika parlamentini insan haqlarını pozanların cəzasız qalmasına səbəb ola biləcək, avropalıların və ikili vətəndaşlığı olanların həyatını riskə atacaq razılaşmaya yox deməyə çağırıblar.

İnsan haqları təşkilatları xəbərdarlıq ediblər ki, bu sazişin təsdiqlənməsi iranlı diplomat Əsədullah Əsədinin azadlığa buraxılması üçün praktiki olaraq zəmin yaradacaq.

Xatırladaq ki, Belçika Parlamentinin Xarici Əlaqələr Komissiyası Tehran rejiminin terrorçu diplomatının İrana ekstradisiyasına dair qalmaqallı qanun layihəsini təsdiqləyib.

Parlamentin Xarici İşlər Komitəsi iyulun 5-i və 6-da  İranla bağlı qanun layihəsi ilə bağlı gərgin müzakirə keçirib.

Lehinə 10, əleyhinə 5  nəfər səs verən,  1 bitərəf qalan layihə son və yekun qərarın verilməsi üçün parlamentə göndərilib.

Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur.

Əsədullah Əsədi İranın Avstriyadakı səfirliyində işləyərkən Nəsimə Nəami və Əmir Səduniyə mücahidlərin toplantısını hədəfə almaq üçün başqa bir şəxsin köməyi ilə yarım kiloqram partlayıcı verib.

Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

Əsədulla Əsədi apellyasiya şikayətindən imtina edib.

Lakin apellyasiya məhkəməsi Mehrdad Arifani, Nəsimə Nəami və Əmir Səduninin şikayəti əsasında keçirilib.

Əsədullah Əsədi İran Kəşfiyyat İdarəsinin Avropadakı əsas rəsmilərindən biri kimi qeyd edilib və onun bu qitədə İslam Respublikasının casus şəbəkəsinə rəhbərlik etdiyi bildirilir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar