SON XƏBƏRLƏR

Beynəlxalq təşkilat İranı zənganlı insan haqları fəallını azad etməyə çağırıb

2022.01.29, 07:55
Beynəlxalq təşkilat İranı zənganlı insan haqları fəallını azad etməyə çağırıb

Gunaz.tv

"Human Rights Watch" yanvarın 28-də yaydığı bəyanatda İran hökumətinin Güney Azərbaycanın Zəngan şəhərindən olan tanınmış insan haqları fəalı Nərgiz Məhəmmədini azad etməyə çağırıb.

“Siyasi məhbus Nərgiz Məhəmmədiyə qarşı çıxarılmış ağır cəza İran İslam Cumhuriyyəti hakimiyyət orqanlarının insan haqları sahəsində göstərilən hər növ fəaliyyəti məhv etmək öhdəliyini yerinə yetirir”-deyə, bəyanatda bildirilib.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib. 

Hüquq müdafiəçisinin Parisdə mühacirətdə yaşayan həyat yoldaşı, siyasi fəal Taqı Rəhmani yanvarın 23-də “Twitter” hesabında etdiyi paylaşımında deyib ki, bununla da İran Məhkəmə Sisteminin Nərgiz Məhəmmədidən və onun kimi digər hüquq müdafiəçilrindən intiqam almağa çalışıb.

“İnsan Hüquqları Müdafiəçiləri Assosiasiyası”nın sözçüsü olan Nərgiz Məhəmmədi hüquq müdafiəsi sahəsində apardığı dinc fəaliyyətinə görə, sonuncu dəfə 2021-ci ilin noyabr ayında Tehranda həbs edilib.

Həbs edildikdən sonra əvvəlcə Tehranın Evin zindanına salınan Nərgiz Məhəmmədi bir neçə gün əvvəl Vəraminin Qərçək həbsxanasına köçürülüb.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar