SON XƏBƏRLƏR

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Tehrana səfər edib

2022.03.05, 07:42
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Tehrana səfər edib

Gunaz.tv

Onun Tehran hava liçanında İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi tərəfindən qarşılandığı bildirilir.

Səfər İran və dünya gücləri arasında “Bərjam” nüvə sazişini canlandırmaq üçün danışıqların həlledici mərhələyə çatdığı bir vaxta təsadüf edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, Rafael Qrossi İranın MAQATE-də hələ də açıq qalan nüvə dosiyesi ilə bağlı mübahisələrin həlli üçün son imkanları araşdırmaq məqsədilə Tehrana bir günlüyünə gedib.

Qeyd edək ki, Tehran agentliyində açıq qalan dosiyelərini bağlamaq, danışıqları davam etmək üçün İranın üç ən sərt şərtlərindən biri olub. 

Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın fəaliyyəti ilə bağlı həqiqətə aydınlıq gətirmək istədiyi şübhəli ərazilər arasında “Şəhrer-Rey” yaxınlığındakı “Turquzabad” və Fars əyalətinin “Abade” şəhərləri var.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar