SON XƏBƏRLƏR

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru İrana səfər edib

2021.11.23, 11:48
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru İrana səfər edib

Gunaz.tv

Yayılan məlumata əsasən, Tehrana səfərdə Rafael Qrossi nüvə razılaşmasının ixtilafa səbəb olan bəzi texzniki məsələləri barədə danışıqlar aparacağı bildirilir.

MAQATE rəhbərinin həmçinin bu gün İran Atom Enerjisi Təşkilatının rəisi və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşəcəyi gözlənilir.

Qrossi ötən həftə mediaya açıqlamasında İranın nüvə mərkəzlərində MAQATE müfəttişlərinin fəaliyyətinə qoyduğu məhdudiyyətlərdən gileylənmişdi.

Qrossinin Tehrana səfəri MAQATE İdarə heyətinin İranın gizli nüvə fəaliyyəti ilə bağlı keçirəcəyi iclasın ərəfəsinə təsadüf edib. Bildirilir ki, iclasda İranın MAQATE-dən gizli saxladığı bəzi nüvə mərkəzlərində uran zərrəciklərinin mənşəyi müzakirə ediləcək və İrandan bu bu məsələyə aydınlıq gətirməsi tələb ediləcək.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar