SON XƏBƏRLƏR

Beynəlxalq Jurnalistlər Federasiyası Evin həbsxanasındakı 4 jurnalistin vəziyyətindən narahat olduğunu bildirib

2022.10.20, 08:31
Beynəlxalq Jurnalistlər Federasiyası Evin həbsxanasındakı 4 jurnalistin vəziyyətindən narahat olduğunu bildirib

Gunaz.tv

Beynəlxalq Jurnalistlər Federasiyası Ruhullah Nəxəi, Əlirza Cabbari Darestani, Əhmədrza Hələbisaz və Fərşid Qurbanpurun vəziyyətindən çox narahat olduğunu bildirib və bu dörd jurnalistin ailələrinin hələ də bu məhbusların vəziyyətindən xəbərsiz olduğunu yazıb.

"Biz Evin zindanındakı həmkarlarımızın taleyindən çox narahatıq və İslam Respublikasının hakimiyyət orqanlarına xatırladırıq ki, onlar həbsdə olan jurnalistlərin həyatına görə məsuliyyət daşıyırlar",-deyə, Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Antoni Belanger bildirib.

Qeyd edək ki, oktyabrın 15-i gecə saatlarında Tehranın Evin zindanında yanğın baş verib.

Rəsmi məlumatlarda yanğının zindanın tikiş sexi və parça anbarında məhbusların təxribatı nəticəsində baş verdiyi iddia edilib.

Yanğından sonra zindana xüsusi təyinatlı qüvvələr cəlb edilib və məhbuslara odlu silahlardan atəş açılıb, onlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Rəsmi məlumatlarda hadisə nəticəsində 8 nəfərin öldüyü, 61 nəfərin yaralandığı bildirilsə də, qeyri-rəsmi məlumatlar və insan haqları təşkilatları ölü və yaralı sayının daha çox olduğunu bildirirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar