SON XƏBƏRLƏR

İranda fars dilinin inkişafına diqqət artırlır-Tehranda xüsusi şöbə yaradıldı

2021.11.03, 13:21
İranda fars dilinin inkişafına diqqət artırlır-Tehranda xüsusi şöbə yaradıldı

Gunaz.tv

Əlirza Zakani Mürtəza Əmiri İsfəndəqə adlı şəxsi özünün bu sahədəki xüsusi köməkçisi seçib.

Bundan sonra şəhər səviyyəsində baner, lövhə, plakat və digər nişanların yazılışında fars dilinin yazılış qaydalarına nəzarət gücləndiriləcək.

Qeyd edək ki, iki həftə öncə İranın İslami İrşad və Mədəniyyət naziri Məhəmmədmehdi İsmaili fars dili, ədəbiyyatı və mədəniyyətindən geniş və düzgün istifadə edilməsi ilə bağlı yeni tədbirlərin görülməsi barədə sərəncamlar verildiyini deyib.

Fars Dili və Ədəbiyyatı Akademiyasının başçısı Qulaməli Həddad Adilin iştirakı ilə keçirilən toplantıda nazir fars dilindən istifadədə yanlışlığıa yol verən şəxslər, şirkətlər və qurumlara xəbərdarlıq sisteminin hazırlandığını bildirib.

Fars dilinin olduqca önəmli olduğunu vurğulayan nazir ondan daha geniş və düzgün istifadə edilməsi üçün daha sərt qaydaların tətbiq oluna biləcəyini qeyd edib.  

Həmin toplantıda İran boyu bütün şəhər bələdiyyələrinin bu məsələ iıə bağlı yeni tədbirlər görməsi istənilib.

Bu, bir çox qeyri-fars fəalların narazılığı ilə qarşılansa da Tehran bələdiyyəsində bu məsələ ilə bağlı yeni vəzifənin təsis edilməsi oxşar vəzifənin başqa şəhərlərin bələdiyyələrində də təsis ediləcəyini göstərir.

Oktyabrın 25-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmunun Şəhər Şurasının sözçüsü Tumac Vəhid Əfşar İranın mədəniyyət naziri Məhəmmədmehdi İsmailinin fars dili ilə bağlı son açıqlamasından danışıb.

“Ötən həftə nazirlərdən biri farsca danışmayanlara qarşı cəza tətbiq olunması barədə çıxış etdi. Bu trubunadan bu çıxışa qarşı öz etirazımı bildirirəm. Şəhər Şurasından öz ana dilimizi gücləndirmək üçün bütün vasitələrdən istifadə etməyi tələb edirəm”-deyə, Tumac Vəhid Əfşar bildirib.

Bununla yanaşı Güney Azərbaycanın müxtəlif bölgələrindən olan ana dili hərəkatı fəalları  türk dilində təhsilin asanlaşdırılması istiqamətində qanunların qəbulu üçün kampaniya başladıb.
Məktubda məsələnin tərbiyəvi və psixoloji tərəfləri qabardılır. 

Bildirilir ki, ana dili farsca olmayan uşaqların məktəbəqədər və ibtidai sinifdən fars dilində təhsil alması çox çətindir.

Məktub müəllifləri və onu imzalayanlar uşaqların psixi sağlamlığı və rahatlığı üçün ana dilində təhsil haqqında qanunun qəbul edilməsini vacib sayıb.

Qeyd olunub ki, fars dili dərsləri fars ədəbiyyatı kimi kurslarla yanaşı tədris olunmalıdır.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar