SON XƏBƏRLƏR

“Facebook” və “Twitter” İrana məxsus yüzlərlə saxta hesab aşkarlayıb- FOTO

2021.10.20, 07:36
“Facebook” və “Twitter” İrana məxsus yüzlərlə saxta hesab aşkarlayıb- FOTO

Gunaz.tv

GünAz TV: “Facebook” bu sosial şəbəkədə və “İnstagram”da İrandan idarə olunan, Amerika ilə bağlı məlumatlar paylaşan yüzlərlə saxta hesab aşkarlayaraq blokladığı barədə məlumat yayıb.

 

“CNN” Televiziyası da bu “Twitter” sosial şəbəkəsinin bu xüsusda yüzlərlə hesabı sildiyi barədə məlumat yayıb. Lakin televiziya detalları açıqlamayıb.

 

“Facebook”un məlumatında qeyd edilir ki, Rusiya, İran, Vyetnam və Myanma ilə əlaqəli olan yüzlərlə istifadəçi hesabı, qrup və səhifə bu sosial şəbəkə və “İnstagram”da aşkar edilərək silinib. Silinənlər arasında bir neçəsi İrandan idarə edilən istifadəçi hesabları olub. Həmin istifadəçilər xarici müdaxilələr, daha dəqiq desək, Amerikanın siyasəti ilə bağlı materiallar paylaşırmışlar.

 

“Facebook” bildirib ki, əvvəllər də İranın müxtəlif dairələri tərəfindən idarə olunan bu cür saxta hesablar aşkar edilərək məhdudlaşdırılıblar.

 

Bu cür profillər əsasən siyasi və geosiyasi, Amerikada seçkilər, xristianlıq, İran- Amerika münasibətləri, Amerikanın Yaxın Şərqdə yürütdüyü siyasət və ABŞ-lı siyasətçiləri təndiq edən materiallar paylaşmaqla seçiliblər. Onlar həmçinin elm adamları, məşhur şəxslər, eləcə də Amerikada seçkilərlə bağlı təhlilçilərlə aparılan video müsahibələr paylaşırmışlar.

 

“Facebook”un məlumatına əsasən, bu şəbəkə ilə ötən il dondurulan hesablar arasında əlaqə olduğu nəzərə çarpır.

 

Xatırladaq ki, 2019-cu ilin fevral ayında da “Facebook” dünyanın 20 ölkəsində koordinasiyalı şəkildə hərəkət edən, İrana məxsus yüzlərlə saxta hesabı dondurduğu barədə məlumat yaymışdı.

 

“Facebook” bu dəfə həmin hesablardan bəzilərinin fəaliyyətləri barədə fotolar da yayınlayıb. Həmin fotolardan birində saxta Hesab Donald Trampla bağlı məlumat paylaşıb, digərində isə körfəzi Ərəb körfəzi adlandıran Con Boltona qarşı kəskin ifadələr işlədib.

 

 

Sözügedən profillər ya özlərini jurnalist, ya da liberal kimi maskalamağa çalışırlar. Həmin jurnalist kimi görünən saxta hesablar bəzi hallarda tanınmış jurnalistlərdən öz mövqelərinə uyğun müsahibələr almağa da çalışıblar.

 

Rusiya ilə əlaqəli saxta hesablar isə Ukrayna və Rusiyanın digər qonşuları üzrə fəaliyyət göstərməyə fokuslanıblarmış.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar