SON XƏBƏRLƏR

Farsdilli mədəni fəaldan güney azərbaycanlıların mütəqillik istəyinə məntiqli reaksiya

2021.10.20, 07:36
Farsdilli mədəni fəaldan güney azərbaycanlıların mütəqillik istəyinə məntiqli reaksiya

Gunaz.tv

GünAz TV: Farsdilli mədəni fəal Möhsün Rəsuli güney Azərbaycanlıların “Traxtur”-“İstiqlal” görüşündə dilə gətirdiyi mütəqillik istəyinə məntiqli reaksiya verib.

 

Bu barədə Facebbok səhifəsində post paylaşan Möhsün Rəsuli qeyri-fars millətlərinin mütəqillik tələb etməsini onların məruz qaldığı repressiyalar, dillərinin qadağan edilməsi və kimliklərinin inkar olunması ilə əlaqələndirib.

 

“Fars dilində danışmayanların tarix və kimliyini inkar etdik. Ölkə əhalisinin yarıdan çoxunun dilini qadağan etdik. Kimliyini müdafiə edən hər kəsi bölücü adı ilə repressiyaya məruz qoyduq, bərbərlik istəyən səslərə “Pan” (müəllif “pantürkist” kimi terminləri nəzərdə tutur) damğası vurduq. Biz illərdir ki, bir-birimizdən uzaqlaşırıq, belə getsə, bir gün bir-birimizin qarşısında dayanacayıq. O zaman biz ayrı-seçkilik etdiyimizə və birlikdə olmağımızı itirdiyimizə görə xəcalət çəkəcəyik.

Seçim sizinlədir; Çexoslovakiya yoxsa Yuqoslaviya? ”- deyə o qeyd edib.

 

 

Noyabrın 1-də Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandası arasında keçirilən görüşdə çoxlu milli şüarlar səsləndirilib və bir neçə banner nümayiş etdirilib.

 

“Traxtur” tərəfdarlarının nümayiş etdirdiyi bannerlər arasında türk və ingilis dillərində yazılan bir banner xüsusi diqqət çəkib. Həmin bannerdə böyük hərflərlə yazılıb: “Seçim sizinlədir: Çexoslovakiya yoxsa Yuqoslaviya?”

 

Çexoslovakiya 1992-ci il dekabrın 31-də dinc bir şəkildə Çexiya və Slovakiya respublikalarına bölündü. Bu gün Çexiya Şərqi Avropada ən inkişaf etmiş ölkələrindən biridir.

Yuqoslaviyada isə müstəqillik tələb edən etniklərə qarşı zorakılıq tətbiq olundu. 1989-cu ildə proseslərə başlanılan Yuqoslaviyada ölkədaxili savaş başladı və soyqırım aktı törədildi. Sonda ölkə 7 müstəqil ölkəyə parçalandı.

 

Soydaşlarımız nümayiş etdirdikləri bannerlə İran rejimi və Azərbaycan türk millətinə Güney Azərbaycanın müstəqilliyi ilə bağlı ciddi mesaj verdilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar