SON XƏBƏRLƏR

Fətullah Gülən Amerikaya oxşar mövqe ortaya qoydu: O İsrailin icazəsi olmadan Qəzzaya yardım aparılmasını qınadı

2021.10.20, 07:36
Fətullah Gülən Amerikaya oxşar mövqe ortaya qoydu: O İsrailin icazəsi olmadan Qəzzaya yardım aparılmasını qınadı

Gunaz.tv

GünAzTv: Nurçuların ABŞ-da (Amerika Birləşmiş Ştatları)  yaşayan lideri Fətullah Gülən İsrail ordusunun Ağ dənizdə Qəzza sektoruna humanitar yardım aparan gəmi karvanına İsrail ordusunun hücumuna və 9 nəfərin həlak olmasına münasibət bildirib. Fətullah Gülən “Wall Street Journal”a vediyi müsahibəsində İsrailin icazəsi olmadan Qəzzaya humanitar yardım aparılmasını tənqid edib. Fətullah Gülən deyib ki, ortaya çıxan mənzərə xoş deyil: "Bunlar çox çirkin şeylərdir. Bu işin təşkilatçıları Qəzzaya yardım aparmazdan əvvəl İsraillə anlaşma yolunu seçməli idilər və faydalı nəticə olmayacaq şəkildə avtoritetə baş qaldırmamalı idilər”. Nurçuların lideri Qəzzaya humanitar yardım aparılmasına təşkilatçılıq edən qurumlardan olan İnsani Yardım Dərnəyinin adını da az əvvəl eşitdiyini və bu qurumun siyasi məqsəd güdüb-güdmədiyini söyləməkdə çətinlik çəkdiyini dilə gətirib. O bildirib i, nurçu hərəkatına bağlı olan dərnəklərə Qəzzaya humanitar yardım aparmaq üçün İsraildən icazə almağı tapşırıb. Qeyd edək ki, ABŞ da məsələ ilə bağlı analoji mövqe ortaya qoyub. Fətullah Gülənin mövqeyi ABŞ-dan yalnız baş vermiş olayın araşdırılmasına münasibətlə bağlı olub. Nurçuların lideri bu məsələnin BMT tərəfindən araşdırılmasını istəyib. Lent-az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar