SON XƏBƏRLƏR

Fidel Kastronun oğlu intihar edib

2021.10.20, 07:36
Fidel Kastronun oğlu intihar edib

Gunaz.tv

GünAz TV: Kubanın sabiq lideri Fidel Kastronun oğlu Fidel Anxel Kastro Dias-Balart intihar edib.

 

Xarici mətbuata istinadən xəbər verilir ki, onun intihar etməsinə səbəb ağır depressiyada olması olub. Belə ki, Dias-Balart uzun müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdı.

 

Elmlər doktoru olan 68 yaşlı Dias-Balart həyatına qəsd etməzdən öncə məktub yazıb.

 

O Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşavir və Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrində çalışıb.

 

Kuba İnqilabının lideri Fidel Kastro 2016-cı il noyabrın 25-də 90 yaşında öldü.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar