SON XƏBƏRLƏR

FİFA-dan İrana növbəti dəfə xəbərdarlıq: “Qadınlara stadionlara daxil olmağa icazə verin!”

2021.10.20, 07:36
FİFA-dan İrana növbəti dəfə xəbərdarlıq: “Qadınlara stadionlara daxil olmağa icazə verin!”

Gunaz.tv

GünAz TV: Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎- FİFA-nın prezidenti Canni İnfantino bildirib ki, rəhbərlik etdiyi qurum gələcək oyunlarda İranda qadınların stadionlara girişi məsələsində müsbətə doğru dəyişikliklərin baş verməsini gözləyir.

 

O, hazırda FİFA-nın İrandan əsas gözləntisinin oktyabr ayında bu ölkənin millisinin keçirəcəyi ev görüşlərində qadınların stadionlara girişi məsələsini həll etməsi olduğunu qeyd edib.

 

Xatırladaq ki, ötən bir neçə il ərzində Güney Azərbaycanda Traxtur komandasının fanatları futbol maçları zamanı əllərində Azərbaycan, ingilis və fars dillərində yazılmış plakatlar tutaraq, qadınların stadionlara girişinə icazə verilməsini tələb ediblər.

 

İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac bir neçə gün öncə 2022-ci il dünya kubokuna vəsiqə qazanmaq üçün ölkə yığmasının keçirəcəyi ev görüşlərində qadınların stadionlara girişinin təmin edilməsi istiqamətində lazımı tədbirlərin görüldüyünü demişdi.

 

Canni İnfantino sonda bildirib ki, FİFA dəfələrlə İrana qadınların stadionlara girişi məsələsilə bağlı xəbərdarlıq etsə də, hələ də müsbətə doğru ciddi dəyişikliklər baş verməyib.

 

Qeyd etmək lazımdır ki, İran milli komandası 2022-ci il dünya çempionatına vəsiqə qazanmaq üçün ilk görüşünü oktyabrın 10-da Kamboca yığması ilə keçirəcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar