“FireEye” İran, Rusiya və Çinin Almaniyaya qarşı kiber hücum təşkil etmə ehtimalı ilə bağlı xəbərdarlıq edib

15.02.2020, 13:32

GünAz TV: “FireEye” kiber təhlükəsizlik şirkəti İran, Rusiya və Çinin Almaniyaya qarşı kiber hücum təşkil edəcəyi barədə xəbərdarlıq yayıb. Şirkət bundan öncə də rəsmi Tehranı Yaxın Şərqdə fəaliyyət göstərən şirkətlərə qarşı kiber hücum həyata keçirməkdə ittiham etmişdi.

 

Şirkət bəyan edib ki, 2020-ci il Münhen Təhlükəsizlik Konfransı münasibətilə apardığı təhlil bunu deməyə əsas verir. Belə ki, araşdırmalar göstərib ki, Almaniya Avropa və dünya səviyyəsində daşıdığı iqtisadi və siyasi əhəmiyyətə görə, Rusiya, İran və Çin dövlətlərinin dəstəklədiyi hakerlər üçün kiber hücum həyata keçirmək sahəsində cazibəli ölkədir.

 

“FireEye”ın mütəxəssislərinin fikirlərinə əsasən, hər 3 ölkənin hakerləri hücumlarla Almaniyanın siyasi, iqtisadi və hərbi məlumatlarını oğurlamağa çalışırlar. Şirkət son aylar ərzində qlobal səviyyədə gərginliyin artması səbəbindən İranın kiber hücum sahəsində daha da aktivləşdiyini deyir. Mərkəzi ofisi Amerikanın Kaliforniya ştatında yerləşən “FireEye” Qərb təsisatları və həssas infrastruktura qarşı yönələn bu fəaliyyətlərin Almaniyaya qarşı baş tutma ehtimalının da mövcud olduğunu deyir.

 

Şirkət "APT28", "Sandworm" və "Turla" adlı İran və Rusiyaya məxsus haker qruplaşmalarını müvafiq olaraq nisbətən daha güclü təhdidlər adlandırmaqla, onların məqsədinin Almaniyada ictimai rəyi öz mənafelərinə uyğun dəyişmək olduğunu bəyan edib.

 

“FireEye” bundan öncə də İranın hakerlərinin müxtəlif bölgələrdə təxribatçı kiber fəaliyyətlər göstərdikləri barədə dəfələrlə hesabat yayıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyə Pakistan üçün hərbi gəmi inşa etdi

2022-05-20

gun az article

Almaniya Ukraynaya yeni müdafiə silahları verəcək

2022-05-20

gun az article

Ceyhun Bayramov Macarıstanın XİN başçısı ilə görüşüb

2022-05-20

gun az article

Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb

2022-05-20

gun az article

Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib

2022-05-20

gun az article

Fond direktoru: “Qarabağın mədəni irs abidələrinin çoxu dağıdılıb"

2022-05-20

gun az article

İranın təhlükəsizlik naziri etirazçıları hədələdi

2022-05-20

gun az article

DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

2022-05-20

gun az article

Tanınmış din xadimi və hüquqşünas İran hökumətini tənqid edib

2022-05-20

gun az article

ETTELAAT idmançı Əmin Bərzgəri qətlə yetirib

2022-05-20

gun az article

Kərəcdə media fəalı həbs edilib

2022-05-20

gun az article

"İranda molla qıtlığı yaranıb"-Tehranın cümə imamı

2022-05-20

gun az article

Müharibənin son və qanlı mərhələsindəyik - Zelenski

2022-05-20

gun az article

Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün bir milyard avro ayıracaq

2022-05-20

gun az article

Makron: "Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər"

2022-05-20

gun az article

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

2022-05-19

gun az article

Zəngilanda "ağıllı kənd" hazırdır, sakinlər il ərzində köçürüləcək

2022-05-19

gun az article

Türkiyə Prezidenti: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”

2022-05-19

gun az article

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürüb

2022-05-19

gun az article

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi

2022-05-19