SON XƏBƏRLƏR

Firuz Kərimi “Maşınsazi”nin baş məşqçiliyindən uzaqlaşdırıldı

2021.10.20, 07:36
Firuz Kərimi “Maşınsazi”nin baş məşqçiliyindən uzaqlaşdırıldı

Gunaz.tv

GünAz TV: Təbrizin “Maşınsazi” futbol komandasının baş məşqçisi Firuz Kərimi tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu barədə kütləvi informasiya vasitələri “Maşınsazi” klubunun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər yayıb.


Məlumata görə, klubun idarə heyəti Firuz Kərimiyə komandanı çalışdırdığı müddətdə çəkdiyi zəhmətlərə görə təşşəkür edərək onu tutduğu vəzifədən uzaqlaşdırıb.


İdarə heyətinin başqa bir qərarına görə, komanda yeni baş məşqçi cəlb olunanadək Yusif Bəxşizadə tərəfindən çalışdırılacaq.


Firuz Kəriminin komandadan uzaqlaşdırılmasının səbəbi hələlik məlum deyil.


18-ci super liqa yarışlarında Firuz Kəriminin yetirmələrinin ilk məğlubiyyəti avqustun 23-də “Zob-ahən”in qarşısında qeydə alınıb. Bundan əvvəl “Maşınsazi” komandası 4 görüşü bərabər hesabla başa vurmuşdur.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar