SON XƏBƏRLƏR

Fransada etirazçılar Paris regionunda avtobus parklarını bağlayıblar

2021.10.20, 07:36
Fransada etirazçılar Paris regionunda avtobus parklarını bağlayıblar

Gunaz.tv

GünAz TV: Fransada pensiya islahatlarına qarşı kütləvi tətil iştirakçıları səhər saatlarında Parisin İl de Frans regionundakı avtobus parklarını bağlamağa başlayıblar.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Paris Muxtar Nəqliyyat İdarəsi (RATP) "Twitter" səhifəsində məlumat yayıb.

 

Məlumata görə, 25 parkdan 7-si bağlanıb, digərlərinin işlərində problemlər yaranıb, hazırda dörd avtobusdan biri marşrut üzrə hərəkət edir. İdarədən əhalini təyinat nöqtələrinə çatmaq üçün digər nəqliyyat vasitələrindən istifadə etməyə çağırıblar.

 

Fransa Milli Dəmir Yolları Cəmiyyətinin (SNCF) məlumatına görə, bu gün cədvəl üzrə hərəkət etməli olan beş yüksəksürətli TGV qatarından yalnız biri, beş "Transilien" şəhərətrafı "elektriçka"sından yalnız biri, 10 TER regional qatarından yalnız üçü işləyir.

 

"Sytadin" xidmətinin məlumatına görə, ümummilli səfərbərliyin yeni günü ilə əlaqədar paytaxt regionundakı tıxaclar Bakı vaxtı ilə saat 11:00-da 400 km-ə qədər çatıb. Paris dairəvi yolunda da çətin vəziyyət yaranıb, Şarl de Qoll hava limanına aparan magistral yolda tıxaclar müşahidə olunur.

 

Xatırladaq ki, Fransada kütləvi etirazlar dekabrın 5-də başlayıb. Nəqliyyat işçilərinin başlatdığı ümummilli tətil aksiyasına elə həmin gün həkimlər, müəllimlər, hüquqşünaslar, yanğınsöndürənlər və bir çox digər peşə nümayəndələri qoşulub. Fransızlar hökumətin pensiya islahatı həyata keçirmək planlarından narazılığını ifadə edirlər. İslahatlar çərçivəsində 42 kateqoriyadan olan vətəndaşlar, o cümlədən dəmiryolçular, energetiklər, hüquqşünaslar və hətta Paris Operasının işçiləri üçün imtiyaz və müavinətlər ləğv ediləcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar