SON XƏBƏRLƏR

Fransanın nüfuzlu qəzeti İrandakı son etirazları “Xamneyinin qan gölü” başlığı ilə dərc edib

2021.10.20, 07:36
Fransanın nüfuzlu qəzeti İrandakı son etirazları “Xamneyinin qan gölü” başlığı ilə dərc edib

Gunaz.tv

GünAz TV: Fransa və Avropanın nüfuzlu “Paris çağı” qəzeti İranda baş verən son etirazları və təhlükəsizlik qüvvələrinin insanları qətlə yetirməsinə həsr edilmiş məqalə dərc edib.

 

Ən çox satılan qəzetlərdən hesab edilən “Paris çağı” məqaləni “İran rejimi ölkəni qan gölünə çevirməklə, öz hakimiyyətini qoruyub saxlamağa çalışır” başlığı ilə dərc edib.

 

Noyabrın 24 və 25-i tarixlərində çap edilmiş nüsxələrin manşeti olan məqalədə müəlliflər son proseslərə geniş yer veriblər, eləcə də bu etirazların insanların rejimin devrilməsi kimi siyasi tələblər etdiklərinə görə, 2009-cu il hadisələrindən fərqləndiyini qeyd ediblər.

 

“Həqiqi güllələrdən istifadə edən təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində Amnesty İnternational-ın məlumatınsa əsasən, azı 150 nəfər ölüb. Lakin sözügedən təşkilatın məlumatında rejimin interneti kəsməklə, bağlı qapılar arxasında qırğınlar törətdiyinə görə, ölənlərin sayının daha çox olması ehtimalı vurğulanır”, - deyə qəzetin məqaləsində deyilir.

 

Qəzet qısa müddət ərzində keçirilən etirazlar zamanı bu qədər insanın təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülməsini rejimlə müxalif olanların qətlə yetirilməsinə göstəriş verməyin İran siyasətinin təməllərinə çevrildiyini nümayiş etdiyini bildirib.

 

Qəzet məqalədə İranda axundların iqtidarı əldən verməmək üçün hər şeyə hazır olduqlarını, son proseslər zamanı rejimin insanlara amansızcasına divan tutmasını və ölkənin yaşadığı ağır iqtisadi problemləri öz oxucularının diqqətinə çatdırıb.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar