SON XƏBƏRLƏR

Fransanın “Total” şirkəti İranla əməkdaşlığını dayandırıb

2021.10.20, 07:36
Fransanın “Total” şirkəti İranla əməkdaşlığını dayandırıb

Gunaz.tv

GünAzTV: Fransanın nəhəng neft şirkəti olan “Total” İranla əməkdaşlığını dayandırıb. Bu barədə İranın neft naziri Bijən Zəngənə avqustun 20-də ölkə parlamentində çıxışı zamanı açıqlama verib.

 

Zəngənə bildirib ki, “Total” İranın Cənubi Pars layihəsindən çıxacağını hələ iki ay əvvəl İran tərəfinə bildirib: “Hazırda “Total”ı əvəz edəcək başqa alternativ şirkətin müəyyənləşdirilməsi işi araşdırılır”.

 

Fransa agentliyinin yaydığı məlumata əsasən, “Total” şirkəti avqustun 20-də bəyanat yayaraq İranın Cənubi Pars neft yatağının genişləndirilməsi ilə bağlı layihədən çıxmasının səbəbini, Amerikanın İrana qarşı tətbiqinə başladığı sanksiyalar və Vaşinqtonun Tehranla əməkdaşlıq edən xarici şirkətlərə xəbərdarlığı ilə əlaqələndirib.

 

“Total”ın icraçı direktoru Patrik Puyane isə şirkət rəhbərləri qarşısında çıxış edərək deyib ki, Amerikanın xarici şirkətlərə xəbərdarlığını nəzərə alaraq “Total”ın Cənubi Pars neft yatağında 11 layihənin icrası ilə bağlı ümumi dəyəri 4 milyard 800 milyon dollar olan müqavilədə qalması artıq mümkün deyil.

 

"Total"ın icraçı direktoru Patrik Puyane

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar