SON XƏBƏRLƏR

Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub

2021.10.20, 07:36
Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub

Gunaz.tv

GünAz TV: Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

 

Son oyunlar G qrupunda keçirilib.

 

Belçika İngiltərəyə 51-ci dəqiqədə Adnan Yanuzayın qolu ilə qalib gəlib. Tunis isə Panamanı 2:1 hesabı ilə yenib. Hesabı 33-cü dəqiqədə afrikalı müdafiəçi Yassin Meryi avtoqolla açsa da, 51-ci dəqiqədə komanda yoldaşı Fəxrəddin ben Yussef onun səhvini düzəldib, 66-cı dəqiqədə isə Vəhbi Xəzri qələbə topunu vurub.

 

Beləliklə, Belçika yığması 9 xalla G qrupunu birinci pillədə başa vurub. İngiltərə 6 xalla ikinci olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. Tunis 3 xalla 3-cü, xalı olmayan Panama isə sonuncu yeri tutub.

 

1/8 finalda görüşəcəklər:

30 iyun

49. 18:00. Kazan. Fransa — Argentina

50. 22:00. Soçi. Uruqvay — Portuqaliya

 

1 iyul

51. 18:00. Moskva, "Lujniki". İspaniya — Rusiya

52. 22:00. Nijni Novqorod. Xorvatiya — Danimarka

 

2 iyul

53. 18:00. Samara. Braziliya — Meksika

54. 22:00. Rostov-Don. Belçika - Yaponiya

 

3 iyul

55. 18:00. Sankt-Peterburq. İsveç — İsveçrə

56. 22:00. Moskva, "Otkrıtie Arena". Kolumbiya - İngiltərə

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar