SON XƏBƏRLƏR

Futboldan sual, Siyasətdən cavab

2021.10.20, 07:36
Futboldan sual, Siyasətdən cavab

Gunaz.tv

GünAzTv:  İran rejimi nə üçün “Traxtur” tərəfdarlarını iğtişaşa sürüklüyür? Hökumət tərəfdarlarının “Traxtur” müsabiqələrində təhqir edici şüarları nəyə hesablanıb? təhqir edici səhnənin İran Telekanalından yayımlanması nə məqsədi güdür? Bütün bunlar hansı orqanın mətbəxində hazırlanır?!!!

 

Təbrizi daha doğrusu Güney Azərbaycanı, İran üzrə Superliqa müsabiqələrində təmsil edən “Traxtur” futbol komandasına və onun tərəfdarlarına qarşı hesablanmış təxribat xarakterli tədbirlər öz yerini yeni plana verməkdədir. “Traxtur” komandasının superliqa müsabiqələrindən çıxartmaq istəyən qüvvələr İlkin planlarının boşa çıxdığını görüncə yeni planın üzərində düşünməli oldular. Bu planların kokündə duran səbəbləri Futbol çərçivəsinin xaricində axtarmaq lazımdır.

 

 

FUTBOL TƏRƏFDARLARINDAN “AZƏRBAYCAN” MESAJİ

 

“Traxtur” komandası ölkə üzrə superliqa müsabiqələrində  iştirak etdikdən sonra bu komandanın Azərbaycan daxilində 100000-lə tərəfdarı olduğu nəinki İran rejimini, daxili və xarici Kütləvi İnformasiya Vasitələrini və hətta bəzi Azərbaycanlıları da təccübləndirdi. Daha irəli gedərək “Traxtur” tərəfdarlarının Futbol yarışlarında Azərbaycan türk millətinin milli hüquqlarının bərpası uğrunda  kəskin şüarları və milli kimlik məzmunlu plakatlar, sloqanlar və yazılar çoxlarını şoka saldı. “Traxtur” tərəfdarlarının dairəsinin Azərbaycanın bütün təbəqələrini əhatə edəcək dərəcədə genişlənməsi, tərəfdarların demokratik şüarları, İran rejimini təşvişə saldı. Onsuzda illərdir Azərbaycan xalqının milli hüquqlarının tələbi qarşısında titrəyən və beynəlxalq səhnədə minbir problemlə üzləşən İran rejimi, bu dəfədə ənənəvi sərt metodlara əl atdı:

 

 

“TRAXTUR” TƏRƏFDARLARINA TƏZYİQ PLANI

 

“Traxtur” tərəfdarları öz milli və demokratik istəklərini dünyaya duyurmasınlar deyə, İran rejimi tərəfindən hədəfə alındılar. Demək olarki heç bir “Traxtur” müsabiqəsi olmadı ki, orda Polis komanda tərəfdarlarını rahat buraxsın. xüsusi ilə Təbrizdə keçirilən “Traxtur” müsabiqələrində hər zaman bir neçə nəfər və bəzən 10-larla insan tutuqlanıb həbsə alındı. Bu səbəbdən aylarca saxlanılan soydaşlarımız oldu. tamaşaçılar Stadyoma (stadion) giriş zamanı, polis tərəfindən sanki bir hərbi vəziyyət varmış kimi yoxlanıldılar. Onlardan “Traxtur” afişaları (puster), plakatlar, qırmızı parçalar və ... alındı. Müsabiqələr keçirilən gün Təbrizdə Nasir Bəxtiyari və Hüseyn Bəy kimi bir neçə milli-mədəni fəal, Polisin təhlükəsizlik şöbəsinə çağrılıb və müsabiqə qurtarana qədər orda saxlanıldılar. Eyn faktlar Azərbaycanın digər  şəhərlərində  də  qeydə alındı. Ilıxçı yoxlama mərkəzində Azərbaycanın müxtəlif şəhərlərindən gələn mədəni fəallar yoxlanılıb və avtobusdan aşağı düşürüldülər. Müsabiqələrdə özəlliklə “Perspolis”-lə yarışda bir neçə tamaşaçının polis tərəfindən döyülmə faktı müşahidə olundu. Stadyoma (stadion) girişləri yasaqlanmış ailələr, “Traxtur” tərəfdarlarına qatılmaq üçün stadyomun göründüyü təpəyə üz tutdular. Ancaq polis orda da onları rahat buraxmadı. 30-dan artıq xanım soydaşımız tutuqlanıb, sorğu-suala tutuldular. Ama bütün bunlara rəğmən tərəfdarların sayı artdı, “90 Proqramı”-da işə yaramadı. milli-demokratik şüarlar isə daha yüksəkdən səslənildi və “Traxtur” komandası yaratdığı həyəcanla öz tərəfdarları ilə birlikdə İran futbolunun zirvəsində parladı.

 

 

“TRAXTUR”-U SUPERLİQADAN KƏNARLAŞDIRMA  PLANI

 

Bu plan mühüm, bir çox halda isə həledici ancaq İran mühitində adiləşmiş metoddur. Bu planda əsas rol hakimin üzərinə düşür. Hakim anlaşılmaz penaltı tutmalı, sarı və qırmızı kart göstərməli, qarşı tərəfin xətasını görməməli və nəhayət ki “TRAXTUR”-u ya uduzdurmalı vəya oyunu tərk etməyə məcbur etdirməlidir . lazım gələrsə hakim bunu bacara bilmirsə müsabiqəyə 24 saat  qalmış hakim qəflətən dəyişilməlidir ( “Traxtur – Əbumüslüm” oyunu). Biz bunlarıda İran İslam Respublikasında yaşadıq. “TRAXTUR” klubunun oyanıqlığı və tərəfdarların həssaslığı hələlik bu plana da sinə gəlib.

 

 

“TRAXTUR” TƏRƏFDARLARINI  İĞTİŞAŞA SÜRÜKLƏMƏK PLANI

 

Rejimin bütün planları Məzmunca siyasi xarakter daşısada ancaq son plan həmdə formaca başqa sözlə desək tam çılpaqlığı ilə siyasidir. Bu,  siyasətdəki A. B. C planını  xatırladır. A və B məqsədə çatmış olsaydı, Daha C-yə ehtiyac olmayacaqdı. “Traxtur” tərəfdarlarının “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” kimi milli məzmunlu və demokratik şüarlarına dözməyib, zindanları adi tamaşaçılarla dolduran İran rejimi bu dəfə bu şüarların qarşılığını “torke xər” (eşşək türk) şüarı ilə verir. Beləki hətta “Mis” komandası kimi taxımın yarışına belə, 13 min nəfər tamaşaçı gətirə bilir (müsabiqə Kirmanda keçirildiyi üçün onlardan ancaq 1000 nəfəri "Traxtur" tərəfdarı olduğu bildirilir). Stadyomda (stadion) xüsusi yer ayrılmış məkanda rejimin əlaltıları oturur. Onlar ilk oncə İran rejimini öyən “ALLAH o əkbər” kimi şüarlar  səsləndirirlər. Bir ara fasilədən sonra güya  tamaşaçı qismində göstərilən rejim əlaltıları Azərbaycan türk millətini təhqir etməyə başlayırlar. Rejimə arxalanan muzdurlar heç bir təhqir edici ifadədən o cümlədən “torke xər” deyib bağırmaqdan çəkinmirlər. Daha önəmlisi isə bu ssenarinin digər iştirakçıları sözü gedən utandırıcı səhnəni  İranın rəsmi televiziyasının ekranına daşıyıb və bütün çılpaqlığı ilə milyonlarla izləyicinin diqqətinə çatdırırlar. əcaba İranın Təhlükəsizliyinin sorumlusu olan qüvvələr  nədən belə bir riskə gedib və Azərbaycanlıların əsəbləri ilə oynayırlar?!!! Nədən bu mənzərəni gizlətmək yerinə reklam edirlər?!!! bu ssenari hansı orqanın mətbəxində hazırlanıb?!!!

Bu sualın cavabı, yazılan yazının məğzidir. Onlar düşünülmüş şəkildə bu təhqir edici mənzərənin həm yaradıcısı, həm qoruyucusu və həmdə yayımcısıdırlar. Onlar “Traxtur”-u tamaşaçısız şəkildə müsabiqə verməyə məcbur etmək istəyirlər. çalışırlar ki, “Traxtur” tərəfdarları “Türk dilində mədrəsə , olmalıdır hər kəsə” kimi demokratik məzmunlu şüarlarının içəriyini dəyişib onlara yaman-yovuzla cavab versinlər.  bununla da bu  vəya digər şəkildə özlərinin nəzərdə tutduğu iğtişaşa şərait yaradırlar. Onlar bununla iki məqsəd güdürlər:

1) “Traxtur” komandasını və onun tərəfdarlarını iğtişaşa cəlb edib və bununlada “Traxtur” komandasını tamaşaçısız müsabiqə verməyə məcbur etsinlər. Onlar bunu etmək üçün ona hüquqi zəmin hazırlayırlar.

2) uzaq zamana hesablanmış, ümumiyyətlə milli hərəkatda səsləndirilən şüarları dayaz, qeyri hüquqi, qeyri demokratik və qəbul olunmaz göstərib və tədricən şüarların milli içəriyini yüngülləşdirsinlər.

 

 

MİLLİ HƏRƏKATIN VƏ FƏAL GƏNCLƏRİN YETKİNLİK TESTİ

 

Bu günə qədər milli hərəkat çoxlu qurqular və ssenarilərdən keçib. Prezident seçkiləri kimi Siyasi, Babək qalası yürüşündəki hadisələri kimi mədəni və İranın müxtəlif Kütləvi İnformasiya Vasitələrinin düşünülmüş təhqirləri kimi sosyal-Psixoloji ssenarilərdən keçib gələn milli hərəkat eyn dirayət və müdrüklüyü bu ssenaridə də göstərməlidir. “Traxtur” yarışlarının bu şəkildə dəvam etməsi gəncliyimizin formalaşması üçün əvəzedilməz amildir. Bütün bunları nəzərə alaraq rejimin düşünülmüş ssenarisi ilə şüurlu şəkildə qarşılaşıb, “Traxtur” müsabiqələrinin dəvamı üçün heç bir tuzağa düşməməliyik. Hər zamankı kimi milli, demokratik, anlamlı, və hüquqi məzmunlu şüarlarımızı dəvam etdirib, pusquda duran rejimin əlinə bəhanə verməməliyik.

“Yaşasın ulu yurdumuz Azərbaycan”

 

GünAzTv mətbuat mərkəzi

Nəbi Soytürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar