SON XƏBƏRLƏR

Sistaninin ofisi onun kürəkəninin İrandakı etirazlarla bağlı açıqlamalarına reaksiya verib

2022.11.10, 16:29
Sistaninin ofisi onun kürəkəninin İrandakı etirazlarla bağlı açıqlamalarına reaksiya verib

Gunaz.tv

Bu nüfuzlu şiə müctəhidinin ofisinin noyabrın 10-da dərc etdiyi qısa bəyanatda deyilir ki, onun tutduğu “istənilən siyasi mövqe” onun ofisi vasitəsilə bildiriləcək.

Bu bəyanatın dərcindən bir müddət əvvəl Sistaninin “kürəkəni və nümayəndəsi” kimi təqdim olunan cənab Şəhrəştani İrandakı ümummilli etirazların “heç bir şəkildə xalq üsyanı olmadığını” iddia edib.

O, həmçinin etiraz edən İran xalqını “bir qrup quldur” adlandırıb və onları “hardan gəldikləri və hansı düşməndən göstəriş aldıqları bəlli deyil” deyə ittiham edib.

Ayətullah Sistani adətən nadir hallarda cari siyasi məsələlərə münasibət bildirir.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar