SON XƏBƏRLƏR

Füzuli və Cəbrayıl rayonlarının işğal günüdür

2021.10.20, 07:36
Füzuli və Cəbrayıl rayonlarının işğal günüdür

Gunaz.tv

GünAz TV: Bu gün Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il keçir.

 

1993-cü il 23 avqustda Füzuli və Cəbrayıl rayonları Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

 

1988-ci ildən mütəmadi erməni hücumuna məruz qalan Füzuli rayonu nun 1993-cü ilin 23 avqustunda 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub. 1386 kv.km əraziyə malik Füzuli rayonun əhalisi təxminən 105 min nəfər olub ki, işğal zamanı 55 min sakini doğma torpağını tərk etmək məcburiyyətində qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb. 1450 nəfər müxtəlif dərəcəli əlil olub.

 

1050 kv.km ərazisi olan Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.

 

Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var.

 

1993-cü il dekabrdan başlamış 1994-cü il 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var ki, burada 51 min nəfər məcburi köçkün məskunlaşıb.

 

Onu da qeyd edək ki, Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış aylarında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar