SON XƏBƏRLƏR

GAİP Gün Az TV-yə qarşı təxribatları pisləyir

2021.10.20, 07:36
GAİP Gün Az TV-yə qarşı təxribatları pisləyir

Gunaz.tv
GAİP Gün Az TV-yə qarşı təxribatları pisləyir Güney Azərbaycan İstiqlal Partiyası son zamanlar Gün Az TV-nin əleyhinə təxribat və şantajların aparılmasına etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, fars şovinizminin Azərbaycan Milli Hərəkatına basqını gücləndirərək bu yolda fəaliyyət göstərən təşkilat və şəxsləri, media qurumlarını susdurmağa çalışır. İndiyə qədər bir neçə dəfə Gün Az TV-nin fəaliyyətini dayandırmağa çalışan, milli saytları blok edən rejimin televiziyaya qarşı təxribatları səngimir. Belə bir zamanda televiziyaya qarşı Azərbaycan mətbuatında yer alan bəzi yazıların fars şovinizminin xeyrinə olduğunu bildirən partiya təxribatları qınayaraq milli fəallardan üz istənilməsini, belə səhvlərə yol verilməməsini istəyib. Qeyd edək ki, bəyanat "Alma" qəzetində televiziya ilə bağlı dərc olunan məqalədən sonra yayılıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar