SON XƏBƏRLƏR

GAMAC sözcüsü “BENGÜ TÜRK”un canlı verilişində Azərbaycan Milli Hərəkatından danışıb

2021.10.20, 07:36
GAMAC sözcüsü “BENGÜ TÜRK”un canlı verilişində Azərbaycan Milli Hərəkatından danışıb

Gunaz.tv

GünAz TV: Ötən gün Türkiyənin ən baxımlı telekanallarından olan “BENGÜ TÜRK”də Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı veriliş olub.

 

Oktyabrın 11-i Təbriz vaxtı ilə saat 15:30-da yayımlanan  verilişdə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü xanım Məhsa Mehdili qanaq qismində çıxış edib.

 

Verilişdə İranın daxili və xarici siyasəti, prezident Həsən Ruhaninin insan hüquqları ilə bağlı ziddiyyətli açıqlama və davranışları, totaliter rejimin antiazərbaycan və antitürk siyasəti, “Pejak” terror qruplaşmasının Qərbi Azərbaycan Əyalətində formalaşmasıb fəaliyyət göstərməsində İran rejiminin rolu, terror qruplaşmalarından Azərbaycan Milli Hərəkatına qarşı edilən sui-istifadələr, Güney Azərbaycan Milli Hərəkatının mahiyyəti və yaxın şərqə olan təsiri mövzularında söhbət aparılıb.

 

Veriliş Türkiyə kanalından canlı olaraq yayımlanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar