SON XƏBƏRLƏR

Gələn ilin dövlət büdcəsindən Həmədana düşən pay sıfıra bərabərdir

2021.10.20, 07:36
Gələn ilin dövlət büdcəsindən Həmədana düşən pay sıfıra bərabərdir

Gunaz.tv

GünAz TV: İranda Rəşt kimi bir şəhər üçün dövlət büdcəsindən 40 milyard tümən büdcə vəsaiti ayrıldığı halda, Güney Azərbaycanın Həmədan şəhərinin payına düşən məbləğ sıfıra bərabərdir.

 

Bu barədə Həmədan Şəhər Şurasının şəhər xidmətləri komissiyasının rəisi Əli Fəthi yanvarın 7-də “Fars” xəbər agentliyinə danışıb.

 

“Gələn ilin (İranda yeni il Novruz bayramında başlayır) dövlət büdcəsində böyük şəhərlərə əhalisinin sayı və sahəsinə uyğun büdcə vəsaiti ayrılıb. Təəssüflər olsun ki, siyahıda Həmədanın adı yoxdur. Halbuki, Həmədanın parlamentdəki millət vəkillərinin sayı onun böyük şəhərlər sırasında olduğunu göstərməkdədir. Misal üçün Rəşt müxtəlif göstəricilərə görə Həmədanla eyni səviyyədədir. Rəşt üçün 40 milyard tümən büdcə vəsaiti nəzərdə tutulub, lakin Həmədan barəsində heç bir xəbər yoxdur”- deyə o bildirib.

 

Əli Fəthi əlavə edib ki, biz sözügedən büdcəni yerli və ölkə məsullarından tələb edib və onu səmərəli şəkildə xərcləməliyik.

 

Şəhər Şurasının üzvü həmçinin vurğulayıb ki, əgər Həmədanın millət vəkilləri bu şəhərin böyük şəhərlər sırasında olduğunu iddia edirsə, o zaman şəhər üçün büdcə vəsaiti tələb edib və bu məsələni gündəmdə saxlamalıdılar.

 

Həmədan Güney Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bu şəhərdə digər Azərbaycan şəhərləri kimi, yoxsulluq, işsizlik və köç problemləri hökm sürür.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar