SON XƏBƏRLƏR

Gənclərin problemlərini ört-basdır etmək üçün İranda cavanlıq yaşı artırılır

2021.10.20, 07:36
Gənclərin problemlərini ört-basdır etmək üçün İranda cavanlıq yaşı artırılır

Gunaz.tv

GünAz TV: İran İdman və Gənclər Nazirinin gənclər ilə iş üzrə müavini Məhəmməd Mehdi Tündquyan təmsil etdiyi qurumun ölkədə cavanlıq yaşının artırılması ilə bağlı dövlətə təklif irəli sürdüyünü deyib.

 

Onun sözlərinə görə, bu təklifdə hazırda 15-29 yaşlarında olan gəncləri əhatə edən cavanlıq yaşının 18-35 yaş arası təyin edilməsi nəzərdə tutulur.

 

“Praktiki olaraq 15-18 yaş kateqoriyasında olanlara biz qanunla heç bir kömək edə bilmirdik və onlar da buna görə qanuni işlərə daxil ola bilmirdilər. Ölkədə cavanlıq yaşının artırılması ilə bağlı təklif irəli sürməyimizin səbəbi də budur”- deyə Tündquyan əlavə edib.

 

Digər tərəfdən, ekspertlər onun bu dediklərini rədd edirlər. Onların sözlərinə əsasən, dövlət cavanlıq həddini 18-35 yaş aralığında təyin etməklə, özünə vaxt qazanmağa çalışır. Belə ki, bununla hazırda mövcud olan qanuni cavanlıq yaşındakı gənclərin problemlərini həll etməməklə, dövlət özünün icra etmədiyi vəzifələrinə görə zaman qazanmaq istəyir.

 

Qeyd etmək lazımdır ki, hicri təqvimlə ötən il İranda 15-29 yaşlı gənclər arasında işsizlik həddi 25.1% olub, hansı ki, ondan öncəki illə müqayisədə müsbətə doğru heç bir dəyişiklik müşahidə edilməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar