SON XƏBƏRLƏR

General Jozef Votel: “İran, bölgənin sabitliyinə qarşı ən böyük təhdidə çevrilib”

2021.10.20, 07:36
General Jozef Votel: “İran, bölgənin sabitliyinə qarşı ən böyük təhdidə çevrilib”

Gunaz.tv

GünAzTV: ABŞ-ın Mərkəz Komandanı (CENTCOM)  general Jozef Votel, fevralın 27-də Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin iclasında çıxış edərək Orta Şərqdə terrorizmə qarşı mübarizədən, İranın raket proqramından və onun bölgənin sabitliyinə qarşı yönəlmiş dağıdıcı siyasətindən danışıb.

 

O bildirib ki, İranın ballistik raket proqramı, Amerika və onun regiondakı müttəfiqlərinin maraqlarına qarşı ciddi bir təhdiddir: “Təəssüflər olsun ki, hazırda Orta Şərqdə bütün diqqət terrorizmə qarşı birgə mübarizəyə yönəldiyi bir halda, İran, bölgənin uzunmüddətli sabitliyinə qarşı ən böyük təhdidə çevrilib. İranın region ölkələrinin daxili işlərinə qarışması bölgə və dünya üçün bir təhdid və təhlükədir. İran, Yəməndəki husi yaraqlılarını müxtəlif silahlarla, o cümlədən də raket, dəniz minaları və partlayıcı qayıqlarla təchiz edərək “Bab ül-Məndəb” boğazını ciddi təhlükələrlə üz-üzə qoyub.

 

Biz, “Bab ül-Məndəb”ə baxanda, sahildən dənizə nişan alan “Kruz” raketlərinin yerləşdirildiyinin şahidi oluruq. Hamıya bəllidir ki, husilər bu raketləri istehsal etmək gücünə malik bir qüvvə deyil. Aydın məsələdir ki, onlar bu raketləri hansısa bir ölkədən alırlar. Bu ölkənin adı isə İrandır. Bunun da qarşısı alınmalıdır. Biz, İranın bu təhdidlərinin qarşısını almaq məqsədilə Səudiyyə Ərəbistanı ilə əməkdaşlığımızı genişləndirəcək, bu ölkənin hərbi gücünün artmasına yardım edəcəyik”.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar