SON XƏBƏRLƏR

NATO generalı: "Rusiyanın 200 000-dən çox əsgəri, 1800-dən çox zabiti öldürülüb və yaralanıb"

2023.03.04, 17:04
NATO generalı: "Rusiyanın 200 000-dən çox əsgəri, 1800-dən çox zabiti öldürülüb və yaralanıb"

Gunaz.tv

Bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı general Kristofer Kavoli bildirib.

O, bu müharibənin miqyasının inanılmaz olduğunu vurğulayaraq Rusiyanın Ukraynaya hücumundan sonra NATO-nun yeni reallığa uyğunlaşmasının vacibliyini söyləyib.

Komandanın sözlərinə görə, Rusiya ordusu orta hesabla gündə 23 mindən çox artilleriya mərmisi atır: “Ruslar həmçinin 2000-dən çox əsas döyüş tankını itirib”.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bəri Rusiya 152 190 hərbçisini itirib. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar