QHT Agentliyi qrant müsabiqəsi elan etdi

04.12.2021, 02:48

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi.

Gunaz.tv Quote | Gunaz article

İclasda ilk olaraq, bir neçə gün bundan öncə vəfat etmiş Agentliyin Müşahidə Şurasının üzvü Əvəz Həsənovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İclası açıq elan edən Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. İlk olaraq “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası 

Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2021-ci il tarixli Fərmanından irəli gələn məsələlərə baxıldı. 

Fərmana uyğun olaraq Müşahidə Şurası tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydası, qrant məbləğinin müəyyən edilməsinin müvəqqəti meyarları və hər mövzu üzrə qrant məbləğinin yuxarı həddi, habelə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılmasının müvəqqəti qaydasına dair sənəd layihələri müzakirə olunaraq təsdiq edildi.


Daha sonra Agentliyin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin elan olunması məsələsinə baxıldı. İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, sosial və iqtisadi, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və s. istiqamətləri əhatə edən 7 istiqamət üzrə qrant müsabiqəsinin elan edilməsi qərara alındı.

Qeyd edək ki, qrant müsabiqəsi Agentliyin yeni elektron portalı olan “e-qrant.az” saytı vasitəsi ilə həyata keçiriləcək. 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17