QHT Agentliyinin rəhbərliyi Türkiyə DİN-də və digər qurumlarda görüşlər keçirib

27.01.2022, 01:10

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri davam edir.

Gunaz.tv Quote | Gunaz article

Agentlik rəsmiləri Türkiyə Daxili İşlər Nazirliyində, Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsində və Türkiyə Kızılay Cəmiyyətində olublar.

İlk görüş Türkiyə Daxili işlər nazirinin müavini (vətəndaş cəmiyyəti təsisatları ilə iş üzrə) Mehmet Ersoy ilə keçirilib. Qonaqları salamlayan Mehmet Ersoy iki ölkə QHT-ləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Türkiyə Daxili İşlər Nazirliyi və QHT Agentliyi arasında əlaqələrin güclənməsinin vacibliyini qeyd edib.

Görüşdə Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlətin verdiyi dəstək, Türkiyə ilə bu sahədə əməkdaşlığın perspektivləri, gələcəkdə birgə tədbirlərin və layihələrin faydası haqqında fikirlərini bölüşüb.

Sonra Agentliyin rəhbərliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsində olublar. İdarənin rəisi Erkan Kılıç, habelə qurumun rəhbər şəxsləri qonaqlara fəaliyyətləri barədə geniş təqdimat ediblər. 

Təqdimatda Baş İdarənin vəzifələri, QHT-lərə dövlət dəstəyi, Türkiyənin bütün ərazilərində QHT-lərlə işin təşkili, onların fəaliyyətinin əlaqələndirilməsi, QHT-lər üçün göstərilən xidmətlər və həyata keçirilən digər mühüm işlər haqqında məlumat verilib. Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Agentliyin icraçı direktoru Aygün Əliyeva Baş idarənin rəhbərliyinə təşəkkür edərək, Azərbaycanda və Türkiyədə QHT-lərlə işə məsul olan aidiyyəti qurumlar arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Bu fəaliyyətin genişləndirilməsi üçün müştərək layihələrin və proqramların reallaşmasının iki ölkənin tarixi köklər üzərində inkişaf edən dostluq və qardaşlıq münasibətlərinə də müsbət töhfə verəcəyini bildirib.

Günün sonunda nümayəndə heyətinin Türkiyə Kızılay Cəmiyyətində görüşü keçirilib. Cəmiyyətin rəhbəri İbrahim Altan qonaqlara rəhbərlik etdiyi təşkilatın tarixi, iş prinsipi, layihə və proqramları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Cəmiyyət Türkiyənin ən böyük ictimai təşkilatıdır.

Qeyd edək ki, səfər bir neçə gün davam edəcək. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dörd gün öncə azadlığa buraxılmış güneyli milli fəal yenidən həbs edilib

2022-05-24

gun az article

İctimai fəal Ruqəyyə Beygdelinin sürgün cəzasının müddəti artırılıb

2022-05-24

gun az article

İran Məhkəmə sisteminin sözçüsü güneyli alimlə bağlı açıqlama verib

2022-05-24

gun az article

Ərtoğrul Sağlam İran Futbol Federasiyasına xəbərdarlıq etdi

2022-05-24

gun az article

Duz fırtınaları Güney Azərbaycan şəhərlərini təhdid edir

2022-05-24

gun az article

"Parlaq gələcək”də müzakirə: “1 Xordad (22 May) qiyamının ildönümü və Güney Azərbaycan gəncliyi” -VİDEO

2022-05-24

gun az article

“Azadlıq səsi”ndə müzakirə:  “1 Xordad 1 (22 may) qiyamının ildönümü”-VİDEO

2022-05-24

gun az article

Təbrizdə hava çirkliliyi təhlükəli səviyyəyə çatıb

2022-05-24

gun az article

Təbrizdə işçilər etiraz aksiyası keçirib

2022-05-24

gun az article

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyib

2022-05-23

gun az article

Abbas Lisani məhkəməyə çağırılıb

2022-05-23

gun az article

"Rejim azərbaycanlıları öz istəklərindən vaz keçməyə məcbur edə bilməyəcək"- Tanınmış vəkil

2022-05-23

gun az article

Zənganda məhkum edam edilib

2022-05-23

gun az article

Aclıq aksiyası keçirən siyasi məhbusun durumu ağırlaşıb

2022-05-23

gun az article

“Düşünməyə çağırış” proqramında müzakirə: “Türklüyümüz: Türkiyə və Turan”-VİDEO

2022-05-23

gun az article

Güneyli alimin xanımı Avropa Birliyinə müraciət etdi: “Həyat yoldaşımın öldürülməsinə imkan verməyin”

2022-05-23

gun az article

“İranda səfalətin əsas səbəbi sanksiyalar deyil, yanlış siyasətdir”- Əhməd Obalı Amerikanın CBS televiziyasına  müsahibə verib

2022-05-22

gun az article

Güney Azərbaycanda şovinist fars hakimiyyətinə qarşı "May qiyamı"dan 16 il ötür

2022-05-22

gun az article

İranda təqaüdçülərin həftəlik etiraz aksiyası keçirilir

2022-05-22

gun az article

Ərazisində tarixi abidə aşkarlanmış Təbriz bazarında tikinti davam edir-VİDEO

2022-05-22