GünAz TV: Gilanda dünən axşamdan başlayan və hələ də davam edən isti külək nəticəsində ostanın bəzi meşəlik ərazilərində yanğınlar baş verib.
Gilan Təbbi Sərvətlər və Su Hövzələri İdarəsinin verdiyi məlumata görə, yanğınlar nəticəsində 9 hektar meşəlik ərazi və otlaq yanaraq məhv olub.
Məlumatda yanğınların yanğınsöndürənlər və yerli əhalinin köməkliyi ilə söndürüldüyü bildirlir. Lakin isti küləyin əsməsi yanğınların yenidən fəallaşmasına səbəb olur.
Hadisə nəticəsində dəymiş ziyanın miqdarı hesablanır.
Ə.A