SON XƏBƏRLƏR

GUAM-ın Batumi Bəyannaməsi qəbul olunacaq

2021.10.20, 07:36
GUAM-ın Batumi Bəyannaməsi qəbul olunacaq

Gunaz.tv
GUAM-ın Batumi Bəyannaməsi qəbul olunacaq bayraq2.jpg Bu gün Batumidə GUAM dövlət başçılarının zirvə görüşü keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim "Xalq Cəbhəsi"nə açıqlamasında bildirdi ki, zirvə görüşündə Batumi Bəyannaməsi qəbul olunacaq. Dövlət başçıları GUAM-ın hazırkı vəziyyəti və gələcək planları müzakirə olunacaq. Görüşdə enerji məsələlərinin müzakirəsinin gözlənib-gözlənməməsinə gəlincə, Xəzər İbrahim enerji məsələlərinin GUAM-ın gündəliyinin bir hissəsi olduğunu söylədi: "Ancaq Batumi Bəyannaməsinin mətnində konkret nələr olacaq, bu, bizə məlum deyil". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dedi ki, ola bilər ki, Batumidə keçiriləcək zirvə görüşündə BMT Baş Assambleyasında müzakirəyə çıxarılması gözlənən "dondurulmuş münaqişələr"lə bağlı qətnamə layihəsinin detalları dəqiqləşdirilsin. Onun fikrincə, GUAM-da təmsil olunan Ukraynanın prezidenti Viktor Yuşşenkonun Azərbaycana qəfil səfər etməsi də xeyli suallar doğurur. Düzdür, bu, rəsmi deyil, işgüzar bir səfərdir. Amma hər halda Bakıda önəmli məsələlərin, sənədlərin detallarının müzakirəsi ehtimalı böyükdür: "Batumidə isə bu müzakirələrin davamı gözlənilə bilər. Bir daha təkrarlayıram ki, Batumidəki zirvə görüşü BMT Baş Assambleyasındakı qətnamə layihəsiylə bağlı ola bilər. Digər tərəfdən, bölgədə hadisələr sürətlə inkişaf edir. NATO-ya üzv olmaq istəyən Gürcüstan Rusiyayla problemlər yaşayır. Avropa Birliyinin də bölgəyə marağı ili-ildən artır. Hətta GUAM-a yeni üzvlərin qəbul edilməsi məsələsi də var. Əslində müzakirə olunacaq mövzulaor genişdir". Yeri gəlmişkən, GUAM-ın zirvə sammiti ərəfəsində Bakıya gələn Viktor Yuşşenkonun səfəri Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana gəlişindən bir neçə gün öncəyə təsadüf edir. Ona görə də bir çox siyasi müşahidəçilərin fikrincə, Ukraynanın dövlət başçısı məhz enerji məsələsinə görə Azərbaycana təşrif buyurur. Elxan Şahinoğlu da dedi ki, son zamanlar Rusiyanın Azərbaycana enerji təzyiqləri artıb. Bir müddət əvvəl Rusiyanın "Qazprom" şirkəti Azərbaycanın ixrac qazını bütünlüklə bazar qiymətiylə alınması barədə təklif irəli sürüb: "Əlbəttə, bu, Azərbaycanın maraqlarına cavab vermir. "Nabucco" ona görə gündəmə gəlib ki, Azərbaycan və Orta Asiya qazını alternativ yolla dünya bazarına çıxarsın. Amma buna baxmayaraq, fakt faktlığında qalır, Rusiyanın Azərbaycana təzyiqləri artır. Ukraynanın da Azərbaycandan gözləntiləri var ki, enerji resurslarının bir hissəsini öz ərazisindən Avropaya daşısın. Ona görə də yəqin ki, Dmitri Medvedyevlə görüşü qabaqlamaqla rəsmi Kiyev Bakıyla fikir mübadiləsinə ehtiyac duyub ki, gələcək addımlarını buna görə müəyyənləşdirə bilsin".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar