SON XƏBƏRLƏR

Gülüsatan Əyalətində universitetin türk öyrəncilərinə hücum olub, yaralananlar var - GÖRÜNTÜ

2021.10.20, 07:36
Gülüsatan Əyalətində universitetin türk öyrəncilərinə hücum olub, yaralananlar var - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Gülüstan Əyalətində Kürdköyün İmam Əli Universitetinin öyrənciləri arasında qarşıdırma yaşanıb, qarşıdurmada bir neçə azərbaycanlı və türkmən öyrənci müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Bu barədə universitetin öyrəncilərindən biri yerli mətbuata məlumat verib.

 

“Qarşıdurmaya keçmişdə dəfələrlə dələduzluqda təqsirləndirilən bir zabollu öyrənci səbəb olub. O bundan əvvəl də öyrəncilərin yataqxanasında qarşıdurma yaradıb, davada öyrəncilərə bıçaq zərbəsi vurub. Təəssüflər olsun ki, universitet məsulları və təhsil müəssisəsinin təhlükəsizlik bölümü hər zaman bu məsələyə laqeyd yanaşıb. Sözügedən öyrənci ötən günlərdə universitetdə qarşıdurma yaradaraq bir türkmən öyrəncinin boyun damarına bıçaqla xəsarət yetirib. Hadisə yerinə daha bir neçə zabollu öyrənci toplaşaraq azərbaycanlı və türkmən öyrəncilərinə bıçaq və digər kəsici alətlərlə hücum edib, onlardan bir neçəsini yaraladıqdan sonra hadisə yerindən qaçıblar”- deyə o bildirib.

 

Öyrəncinin sözlərinə görə, qarşıdurma zamanı universitetin təhlükəsizlik bölümünün məsulları hadisə yerində olmayıb, lakin polis əməkdaşları  universitetə gələrək zabollu öyrəncini yaxalayıblar.

 

“Təəssüflər olsun ki, universitet məsulları polis əməkdaşlarına yardım etmir, onlar kameralara çəkilən görüntgüləri polisə təslim etməkdən imtina edirlər. Məlumata görə, zabollu öyrənci 30 milyon tümənlik mülki vəsiqə girov qoyduqdan sonra sərbəst buraxılıb, o təhsilini davam etdirmək üçün Kirman Universitetinə intiqal edilib”- deyə İmam Əli Universitetinin öyrəncisi əlavə edib.

 

Son vaxtlar farsdilli məsullar və gənclər arasında irqçilik hissələri biraz da güclənib. Bunu hətta universitet kimi elmi məkanlarda da müşahidə etmək mümkündür. Kütləvi İnformasiya Vasitələri isə davamlı olaraq Azəbaycan türklərinin tarix və kimliyini təhrif edir, Tehran stadionlarında isə “Ölüm olsun türkə” futbol tamaşaçılarının əsas şüarlarından birinə çevrilib.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar