SON XƏBƏRLƏR

GünAz TV-dən Ərdəbil zindanında döyülərək xəsarət yetirilən milli fəallarla bağlı Azərbaycan əhalisinə Müraciət

2021.10.20, 07:36
GünAz TV-dən Ərdəbil zindanında döyülərək xəsarət yetirilən milli fəallarla bağlı Azərbaycan əhalisinə Müraciət

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Televiziyası (GünAz TV) Ərdəbil zindanında döyülərək xəsarət yetirilən milli fəallarla bağlı Azərbaycan əhalisinə müraciət ünvanlayıb.

 

Müraciətdə deyilir:

“İyulun 2-də saxlanılan ərdəbilli türk milli-mədəni fəallar bu şəhərin Mərkəzi zindanına intiqal edildikdən sonra adi ittihamlarla həbs olunan digər məhbuslar tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Ərdəbil zindanından etibarlı mənbənin verdiyi məlumata görə, adi məhbuslar zindan rəisi və həbsxananın təhlükəsizlik məsələləri üzrə sorumlusunun əmri ilə saxlanılan milli-mədəni fəalları döyərək onlara xəsarət yetiriblər.

 

Zindan rəisi və həbsxananın təhlükəsizlik məsələləri üzrə sorumlusu, məhbusları milli-mədəni fəallarla qarşıdurmaya təhrik etmək üçün fəalların quldur dəstələrdən olduqlarını bildiriblər.

 

Qarşıdurmada iştirak edən bəzi məhbuslar yeni saxlanılanların azərbaycanlı fəal olduqlarını öyrəndikdən sonra hərəkətlərindən peşman olduqlarını deyib, bu hadisədə zindan rəisi və həbsxananın təhlükəsizlik məsələləri üzrə sorumlusunun məsuliyyət daşıdığını bildiriblər.

 

Bununla əlaqədar GünAz TV bütün Azərbaycan əhalisinə müraciət edərək bildirir ki, azərbaycanlı fəalların döyülərək yaralanmasına səbəb olan zindan rəisi və həbsxananın təhlükəsizlik məsələləri üzrə sorumlusunun kimliyini öyrənib, bu barədə sosial şəbəkələrdə məlumat yaysınlar. Həmçinin İran İslam Cümhuriyyətinin sözügedən əlaltıları barədə əldə edilən məlumat Güney Azərbaycan Televiziyasına da göndərilsin. Bu məlumat, baş verən qeyri-insani hərəkətlə bağlı xəbəri Azərbaycan ictimaiyyətinə çatdırmaq üçün televiziyada yayımlanacaq.

 

Hörmətlə

GünAz TV kollektivi”

 

Ərdəbil zindanında azərbaycanlı fəalların döyülərək yaralanması ilə bağlı xəbəri bu LİNK-dən oxuya bilərsiniz.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar