GünAz TV-nin rəsmi Vaşinqton nümayəndəliyi öz işinə başlayıb

25.01.2020, 16:56

GünAz TV: Cənab Əhməd Obalı tərəfindən 2004-cü ildə yaradılmış Güney Azərbaycan Televiziyası Vaşinqton D.C-də rəsmən fəaliyyətə başlayıb.

 

Artıq rəsmi nümayəndəliyinin açılışı olan televiziya Vaşinqtonda öz işinə başlayıb. GünAz TV-nin əsas məqsədi güney azərbaycanlıların səsini dünyaya çatdırmaq, eləcə də Azərbaycan türklərinə mühüm siyasi xəbərlər barədə məlumat verməkdən ibarətdir.

 

Qənirə Ataşova GünAz TV-nin jurnalisti olaraq Ağ Evdə, Amerika Konqresində, Pentaqonda keçiriləcək görüşlərdə, eləcə də Baş Assambleyalar kimi müxtəlif tədbirlərdə iştirak edəcək.

 

Bundan sonra Güney Azərbaycan Televiziyası mühüm siyasi, iqtisadi və ictimai hadisələri dəqiq formada Vaşinqtondan dünyada yaşayan dəyərli güney azərbaycanlılara çatdıra biləcək.

 

Öncələr ANS TV-nin Vaşinqton bürosunda çalışan və xəbər yayınlayan xanım Qənirə Ataşova artıq GünAz TV-nin nümayəndəsi kimi çalışacaq.

 

Müstəqil media qurumu olan Güney Azərbaycan Televiziyası 16 il əvvəl cənab Əhməd Obalı tərəfindən təsis edilib və öz xəbərlərini Amerika Birləşmiş Ştatlarının İllinoys ştatının Çikaqo şəhərindən yayınlayır.

 

24 saatlıq yayın proqramı olan televiziya müxtəlif peyklər vasitəsilə öz proqramlarını Avropa, Orta Şərq, Şimali Afrika və Mərkəzi Asiya kimi dünyanın müxtəlif coğrafiyalarında yaşayan auditoriyaya təqdim edir.

 

Bundan başqa, dünyanın hər bir nöqtəsində yaşayan insanlar GünAz TV-nin proqramlarını “online” formada müxtəlif sosial şəbəkələrdə izləyə bilərlər.

 

Youtube kanalı: https://www.youtube.com/channel/UC9za9wpu_syOdfQMI94OAMw

 

Telegram kanalı: https://t.me/gunaztv2004

 

Xəbər, foto və video göndərmək üçün Telegram kanalının admininin adresi: https://t.me/gunaztelevision

 

İnstagram səhifəsi: https://www.instagram.com/gunaz.tv/

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24