SON XƏBƏRLƏR

GünazTV April.02.2020: Amerika prezidenti dedi ki, İran daxili problemlərin içində boğulur.

2021.10.20, 07:36
GünazTV April.02.2020: Amerika prezidenti  dedi ki, İran daxili problemlərin içində  boğulur.

Gunaz.tv

İran Iraqdakı  Amerika bazalarına qarşı xain hücumlar  planlaşdırır. Dünyanın Coronovirusla mübarizə apardığı bir dönəmdə rəsmi Tehranın Amerikaya  qarşı  bu hərəkətləri cavabsız qalmayacaq.  Bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donalad Truamp  əvvəlcə öz tvitter səhifəsində yaydı, sonra isə mətbuat konfransında söylədi. Prezident  Truamp, İran ya da İrana bağlı olan terrorçi qruplarının bu planın arxasında olduğunu deyir. Amerikanın kəşfiyyat məlumatlarına istinad edən president əgər belə bir addım olarsa Tehran böyük bir bədəl ödəyəcək dedi. Rəsmi Tehran bu ehtimalları rədd etsə də Amerika əlindəki məlumatlara əsaslanır.

 " Bizim informasiyamız   var ki, onlar bizə qarşı planlaşdırırlar və bu çox yaxşı informasiyadır. Bu hücum İran tərəfindən gəlir.İrana bağlı olan qruplardan gəlir, onları  İran dəstəkləyir. O, mənim üçün elə İrandır.Biz sadəcə deyirik eləməyin, etməyin. Bunun cavabı onlar  üçün çox pis olar.Bizim çox  güclü cavablarımız olub.Cavabımız 5 fərqli yerləri dağıtdı və dünyamız üçün çox pis olan insanları məhv etdi.Düzünü deyim İrana verdiyimiz çox  yetərli cavab idi.Biz onlara ciddi zədə verdik, İran isə bizim bir bazamızı vurdu. Biz isə onların beş əsas bazasını vurduq.Biz İranın silah anbarını məhv etdik. Mən deməyəcəm neçə insan öldü, amma çoxlu pis  insan öldürülüb. Bu bizim çox yaxşı cavabımız idi.Bu dəfəki cavab daha çox güclü olacaq.".

 

Amerika prezidenti  dedi ki, İran daxili problemlərin içində  boğulur. Coronovirusundan ölənlərin siyahısını gizlədir, insan haqqlarını pozur  və 40 ildir  terror siyasəti yürüdür. Buna baxmayaraq o, İran hakimiyyətinin Vaşinqtonla  təmasa keçmək istədiyini söylədi. Amerika prezidenti hesab edir ki, kimdirsə İrana çox pis məsləhətlər verir. O, bu mövzuda danışarkən keçmiş  nazir Jhon Kerrinin adını çəkərək, ondan məsləhət almaq gərəksizdir mesajını verdi.

Prezidenti  bu mətbuat  konfransında müşayət edən ordu rəhbərləri də  İrana mövzusunda qətiyyətli olduqlarını, terrorçulara yetərli cavab verəcəklərini vurğuladılar. Amerikanın Müdafiə Naziri Mark Esper də,  dedi ki, İran  rejimi xalqını əzir, onların haqqını tapdayır  və gəncləri terrorçu olmağa sövq edir.Amerikanın coronovirusla  mübarizəsi  narkotik qaçaqcılarını da aktivləşdiribmiş. Rəsmi  Vaşinqtonun hərbi gücləri Sakit okeanda və Karib dənizində bu əməliyyatlata  başlayıb.Amerika prezidenti nəhayətki, dünya bazarında  neftin qiymətinin sürətlə düşməsinə toxundu. Rusiya və Səudiyyə Ərəbistan liderləri ilə  müzakirəsinə istinad edrək, onlar  nə etdiklərini bilən ağıllı insanlardar cavabını verdi. Nəhayət söhbət  Coronovirusla mübarizəyə döndü. Donald Truamp son  24  saatdakı rəqəmlərə baxmaq, virusun nə qədər  qorxulu olduğunu göstərir. Trump, “Sosial məsafə” insanlarımıza  evdə oturmaq  üçün verdiyimiz iqtisadi dəstək,sürətli tibbi madaxilə və başqa  ölkələrlə sərhədlərimizi  bağlamagımız, virusla bütün cəbhələrdə savaşdığımızı  göstərir. O, Çinə  xitabən , onların virusun yayılmasını durdurmaqla bağlı  fikirlərinə inanmıram söylədi.Rəqəmlərə  şübhə edən, Amerika  prezidenti bardağın dolu tərəfini görürük ifadəsini işlətdi. O, Nyu Yorkdakı durumu qiymətləndirərkən bunları dedi.

“Bu həftə bütün Amerikalıların qəlbi New Yorkla döyünür. New York, virusun ən ağır yükünü çəkir. New York  xalqı onların yanında olduğumuzu bilməlidirlər. Ağ evin təlimatlarına əməl etməklə virusu  yenib, tezliklə normal həyata qayıdacağımız gün uzaqda deyil.”

Covid 19-u  bu mətbuat konfransında öldürücü vəba alnadıran Amerika prezidenti cəmiyyətdə bir  nəfərin bu virusdan əziyyət  çəkməsinin, bütün insanların xəstələnməsinə bəs edər söylədi.Təəssüf ki, virus  özü üçün zəyif  gördüyü insana  çatarsa onun başına böyük bəlalar  açır. Son məlumatlara görə Amerikada 160 min insan virusa yoluxub, 2800 insan isə həyatını itrib.

Qənirə Ataş, GünazTV, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar