SON XƏBƏRLƏR

GünazTV April.20.2020: Amerika İrana COVİD-19-la mübarizədə kömək etmək istəyir!

2021.10.20, 07:36
GünazTV April.20.2020:  Amerika İrana COVİD-19-la mübarizədə kömək etmək istəyir!

Gunaz.tv

Amerika İrana COVİD-19-la mübarizədə kömək etmək istəyir!

Əgər İran istəyərsə Amerika Birləşmiş Ştatları İrana  yeni tip Covid-19 virusu ilə mübarizədə kömək edə bilər.Açıqlama Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan gəlidi.Amerikanın virusla mübarizədə gözəl nəticələr əldə etdiyini deyən Amerika prezidenti vurğuladı ki, rəsmi Vaşinqton  bir çox  ölkələrə kömək etməkdə davam edəcək. Prezident virusun təsirlərindən əziyyət çəkən İranın da bu yardımlardan yararlana biləcəyini söylədi.

''İran köməyə ehtiyac  duyarsa və tələb  edərsə kömək etmək istəyirəm. Virus   onları

çox pis vurdu amma xalqın bildiyi rəqəmlər açığı   doğru düzgün deyil.Köməyə və ya sünü nəfəs cihazlarına ehtiyac hiss etsələr bizdə minlərcə var və istehsal da edirik.Təbii yardım etmək istəyirik. ''

Xatırladaq ki, İran İslam dövləti  82 min insanın virusdan əziyyət cəkdiyini və 5 min insanın öldüyünü iddia etsə də, qeyri rəsmi rəqəmlərdə ölənlərin sayı 10 minlərlə göstərilir. İnsan haqqları təşkilatları İslam dövlətini düzgün məlumat verməməkdə qınayırlar.

Amerika prezidenti bir neçə gün öncə  mübahisə etdiyi  New York Valisi Andreu Cuomonun son mətbuat konfranslarında   federal hökumətin xeyirinə etdiyi açıqlamaları da Ağ evdə nümayiş etdirdi. Tramp , jurnalistləri Cuomonun  fikirlərini  təhrif etməkdə qınadı.Prezidentin cibindən çıxararaq nümayiş etdirdiyi yeni test cubuqları isə hər kəsin marağını cəlb etdi.

“Amerika möhtəşəm komanda işi görür. Bizim generallarımızın əksəriyyəti son iki ayda normal yuxu da ala bilmirlər.Prezident də əlbətdə yorulur. Amma bizim yorgunlugumuz qələbə üçündür.Biz milyonlarla ağızdan yaxma götürməyə davam edirik.Məndə bir nüsxə var. Bu bir yaxmadır.Çox sadə görünür. Kimsə görmək istəyirsə sizin üçün açıram. Bu sadə bir çöpdür. Sizə nəyisə xatırladır? Məsələn qulaq təmizləyəni. Bunlar bir birinə bənzəsə də funksiyaları başqadır.Biz bundan çoxlu şifariş etmişik. Hətta ştatlara da göndərmişik. Bu böyük bir addımdır. Biz bunun üzərində işləyirik. Bu işə kompaniyalar da qoşulub. Məncə bi bu sahədə böyük uğur qazanacagıq. Hec bir ölkə bizə çata bilməz. Wall Street jurnalı mənim barəmdə möhtəşəm məqalə yazıb. Onlar məni təcili durumu həll etmək üçün ölkəyə yeni sistem qururam. Bu doğurdan da belədir.Bizimlə o qədər insanlar işləyib ki, onların əmyi sadəcə möhtəşəm idi.”

Bu  günədək Amerika miqyasında 4,18 milyon insan virusa qarşı test edilib. Hökumət bu rəqəmi yüksəltmək üçün testləri sürətləndirib.Tramp dedi ki, test etməklə bağlı Amerika dünyada birinciliyi qoruyur.Bəzi ştatlarda insanların etiraz aksiyası keçirməklə bağlı niyyətlərinı isə belə cavab verdi. ''hərkəsin etiraz etmək haqqı var''.

Qənirə Ataş, Günaztv, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar