SON XƏBƏRLƏR

GünazTV April.21.2020: Neft tarixdə ilk dəfə olaraq mənfi qiymətlə satışda göründü.

2021.10.20, 07:36
GünazTV April.21.2020: Neft  tarixdə  ilk dəfə olaraq mənfi qiymətlə  satışda göründü.

Gunaz.tv

Dünyada və Amerikada yayılan coronavirus ölkələrin  enerjiyə tələbatını kəskin azaltdı.Elə bu da neftin qiymətinin inanılmaz enişinə səbəb oldu.Neft  tarixdə  ilk dəfə olaraq mənfi qiymətlə  satışda göründü. Amerikanın virusla mübarizəsi ölkədə bir çox fabrik və istehsalat sahələrinin fəaliyyətinə  ara verməsinə səbəb olub.Bu da təbii olaraq enerjiyə təlabatı azaldıb. Həftənin ilk günü brend markalı neft 26,  Texas  nefti isə  9 dolara satışda oldu.Gün ərzində eniş davam etdi və nəhayətdə mənfi qiymətlə satışda oldu.Marketdə 5 saniyə kimi mənfidə qalan neft  alıcılarına həm də təxminən 3 dollar məbləğində vəsait  təklif edilib. Ehtiyyat anabarlarının dolması  da buna səbəb kimi göstərilir. Səudiyyə Ərəbistan və Rusiyanaın neft istehsalını azaltmaq planları da bazarı düzəltməyə yetərli olmadı. Neftin qiymətindəki bu durum, Amerika prezidenti Donald Trampın mətbuat konfransında da əsas müzakirə mövzusu oldu. Tramp dedi ki, bu durum uzun çəkə bilməz.

“Mən demək istəyirəm ki, bu qısa zamanda bitəcək. Əgər gələcək bir aya baxsanız görəcəksiz bir barel 25 və ya 26 dollar civarında olacaq. Çoxlu insanlar probləmlər yaşayır. İnsanlar bu duruma görə kədərləniblər. Əgər siz bunu araşdırsanız görərsiz bu yalnız maliyyə məsələsinə görə bu duruma gəlindi. Amma mən əminəm bir Aydan sonra qiymət 28 dollar ola bilər.Bu statistikanın verdiyi proqnozlardır.Bu bir maliyyə zədəsidir.Səudiyyə Ərəbistanı və Russiya qiymətlərini azaldırlar.Meksika da azaldır. OPEK və Opek + ölkələri də istehsalı azaldır. Bilirsiz  diqqət edin. Dünya ətrafında heç kim maşınlarını sürmür. Alış yoxdu. Fabriklər bağlıdır. Bizneslər işləmir.Bizdə kifayət qədər ehtiyyatımız var idi. Düşünün birdən birə hamısı gərəksiz oldu. Bu durum düzələcək. Amma yavaş yavaş olacaq. ”

 Tramp eyni zamanda bazarı canlandırmaq üçün  Səudiyyə Ərəbistandan neft ixracını dayandırmağı düşündüklərini dedi.Amma ölkənin və dünya bazarının normala dönməsi üçün əvvəlcə coronavirusla mübarizə uğurla bitməlidir dedi. Prezident,virusla mübarizə çərcivəsində testlərin sayını artırmaq üçün yetərincə mənbələrə sahib olduqlarını söylədi.Bu məsələdə o birbaşa qubernatorlarla işləyəcək. Eyni zamanda dedi ki, ştatların hər şeyi federal hökumətdən gözləmələri mümkünsüzdür.Trampdan Nyu York qubernatoru ilə niyə yola getmirsiz soruşuldu.

“İstər inanın, istərsə də inanmayın. Qubernator Cuomo ilə çox yaxşı münasibətimiz var.Sabah günortadan sonra öz heyəti ilə Ag Evə gələcək.Nyu Yorkda çox yaxşı işlər baş verir.Məncə də qubernator sabah burda olanda da gözəl nəticələrə gələcəyik.”

Prezident sosial məsafə qorumağın çox vacib olduğuna diqqət çəkərək  kütləvi topaşmaları uzun müddət unudun ifadəsini işlətdi. Virusun yayılmasında 14 gün boyunca eniş yaşayan ştatlarda isə iqtisadiyyat yenidən açılacaq.Virusa tutlanların və xəstəxanaya müraciət edənlərin sayında sürətli eniş müşahidə etdiklərini söylədilər.

Qənirə Ataş, GünazTV,Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar